Aktual / Xəbəriniz olsun!

Azərbaycanda masaj salonları nələr təklif edir - REPORTAJ

Aynur_Qurbanqizi | 12-07-2012, 15:53
109 448 80

 

 

“Nərimanov” metrostansiyasının yanındakı parkın yaxınlığında “Lyuks” masaj salonu yerləşir. Girişdə alışıb-yanan reklam lövhələri adama “gəl-gəl” desə də, içəridə vəziyyət başqa cürdür. Telefon nömrəsini işıqforun yanında paylanan vizitkadan tapıb zəng elədim. Telefonun o başından həlim bir qadın səsi eşidildi:

- Buyurun

- Sizin nömrənizi vizitkada gördüm. Masaj üçün gəlmək istəyirəm. Yeri və qiyməti deyə bilərsinizmi?

Qadın əvvəlcə neçə nəfərlə gələcəyimi soruşdu. Tək olduğumu biləndən sonra qiyməti elan elədi:

-Bir saat masaj və çay, cəmi 25 manat.

Qadınla sağollaşıb yollandım verilən ünvana. Məkanı tapmaq o qədər də çətin olmadı. Kənardan nə qədər cəlbedici görünsə də, içərini görəndən sonra fikrim tamamilə dəyişdi.

Çimmək 10 manat



İçəridə məni 18-19 yaşında, laqeyid bir qız qarşıladı. Məni yuxarıdan aşağı etinasızlıqla süzüb, əsəbi-əsəbi soruşdu:

-Nə lazımdı?

Qızın ani reaksiyasından tutulsam da, özümü sındırmadım.

-Bir az öncə xanımla danışmışdım. Masaj üçün gəlmişəm.

Söhbətimizi eşidən 35-40 yaşlarında, qara geyimli bir xanım bizə yaxınlaşdı.

-Xoş gəlmisiniz, buyurun içəri.

Qara geyimli xanım bir az öncə mənə çəmkirən qıza tapşırıq verdi:

-Müəllimə qulluq elə, Nərmin!

Kobud qız qabağa düşüb yol göstərdi və məni masaj kabinələrindən birinə ötürdü. Paltarımı soyunmağa yenicə başlamışdım ki, Nərmin başımın üstünü kəsdirdi:

-Pulu verin də...

-Nə qədər verməliyəm?

-Özünüz çiməcəksiniz, yoxsa mən çimizdirəcəm?

-Sən neçəyə çimizdirirsən?

-25 manat masaj, 10 manat da çimizdirmək.

Masajdan xəbərsiz masajçı



Pulu verib paltarımı soyundum. Ədəb-ərkanla dəsmala bürünüb bir siqaret yandırdım. Siqareti yenicə sümürməyə başlamışdım ki, Nərmin yenə də başımın üstünü kəsdirdi. Siqareti atmağımı və əllərimi yanıma salıb, üzüstə uzanmağımı tələb etdi. Mənşəyi məlum olmayan kremi belimə yaxıb, həvəssiz-həvəssiz işə başladı. O qədər həvəssiz masaj edirdi ki, az qaldım imtina edəm. Amma verdiyim pul gözümün qabağına gəldiyi üçün, fikrimdən daşındım.

-Niyə həvəssizsən?

-Yuxudan indi durmuşam.

- İşə nə vaxt başlayırsan ki?

- Saat 1-də başlayırıq, gecə 11-ə kimi işləyirik.

- Başqa nə xidmətləriniz var?

- Evlərə gedirik, saatı 25 manata.

- Bəs burda başqa hansı xidmətiniz var?

- Ancaq tibbi masaj, bir də çimizdirmək.

- Bu zir-zibilin içində tibbi masaj olar?

- Təmir gedir də...

Nərminin masajı haqqında ancaq onu deyə bilərəm ki, qızın əsas məqsədi məni başından eləmək idi. Hərdən gələn zənglərə cavab vermək üçün beş-altı dəqiqə ara verir, əlini yumağa gedib gec qayıdır, bir sözlə masajdan başqa hər işlə məşğul olurdu. İnsafa gələndə isə bir-iki kəlmə söhbət edib, başımı qatırdı. Məsələn, Nərminin verdiyi mənasız sualın cavabı hələ də məni düşündürür: “Niyə türklərə oxşayırsan?” Bu sualın masaja nə qədər dəxli olduğunu deyə bilmərəm, amma görkəmimə, bədənimin möhkəmliyinə deyilən yalançı təriflərdən hiss elədim ki, Nərmin əlavə pul qoparmaq sevdasındadır. Söhbət əsnasında öyrəndim ki, Nərmin maştağalıdır. Çoxdan burda işləyir. Guya masajla bağlı xüsusi kurs keçib. Amma verdiyi suallardan başa düşürəm ki, bu qızcığazın masaj haqqında demək olar ki, heç bir anlayışı yoxdur. Niyə qeyri-peşəkar olduğunu soruşuram. Əvvəlcə özünü tərifləyir. Amma görəndə ki, mən də masaj haqqında bilgiliyəm gülür:
-Ehh...Bizim kişiləri masaj maraqlandırır ki? Ancaq pis-pis təkliflər edirlər.

1 saat necə keçdi?..



Məlum olur ki, masaj salonuna gələnlərin çoxu başqa məqsədlə gəldiyi üçün masajın da keyfiyyəti çox aşağıdır. Nəhayət ki, Nərmin mənə arxası üstə uzanmaq tapşırıb gedir. Başa düşürəm ki, məqsədi bir saatı yola verməkdi. Darısqal, səliqəsiz otaqda birtəhər arxası üstə uzanıb dəsmala bürünürəm. Nərmin telefonla danışa-danışa geri qayıdır və qollarımı, ayaqlarımı masaj etməyə başlayır. Yaxşı ki, bu masaja dəxli olmayan üzücü proses tez bitir. Dəsmala bürünüb Nərminin arxasınca hamama, çimməyə yollanıram. Hamama gedərkən qarşımıza müxtəlif adamlar çıxır. Yarıçılpaq ortalıqda fırlanmağım, keyfiyyətsiz masaj məni özümdən çıxarsa da, Nərmin hər şeyə bəhanə tapır. Səliqəsiz və çirkli dəhlizdən keçib hamama çatanda görürəm ki, salonun açıq pəncərəsindən içəri açıq-aydın görünür. Çöldə əyləşən yeniyetmələrin qınayıcı baxışlarının müşayəti altında hamama keçirik. Nərmin də, paltarını soyunmadan hamama girir. Məni ortalıqdakı stulda əyləşdirib, balaca uşaq kimi çimizdirməyə başlayır. Hiss edirəm ki, paltarları əməlli-başlı islanır. Hamam da o qədər darısqaldır ki, tərpənməyə imkan yoxdur.

-Nərmin, hamama niyə paltarla girmisən?

-Yaxşı necə girim bəs, soyunum? - sualla cavab verir.

Hiss edirəm ki, Nərmin mənim istəyimi düzgün başa düşməyib. Soyunmağa ehtiyac olmadığını deyirəm. Acı təbəssümlə üzümə baxır.

-Bura gələnlər hamısı eyni şey istəyir. Eyni şey təklif edir.

Başa salıram ki, mənim məqsədim sadəcə masaj olunmaq idi, o da alınmadı. Sənətimi, harda yaşadığımı soruşur. Yazıçı olduğumu deyirəm. Bu dəfə qız lap qəhqəhə çəkir:

-İndi bəyəm yazıçılıqda pul var?

Cavab vermirəm. Nərmin öz xidmətini bitirib yaş paltarla hamamdan çıxır. Mən də dəsmala bürünüb pəncərədən içəri boylanan yeniyetmələrin bu dəfə qəzəbli baxışları altında masaj kabinetinə yollanıram.

Digər kabinələrə boylananda başa düşürəm ki, məni ən səliqəli yerdə “masaj” ediblər. 25 manata aid olan çay dəsgahı ilə maraqlanıram. Nərmin məni paltarımı geyindikdən sonra yan otağa dəvət edir. Məlum olur ki, çay dəsgahı-zad yoxdur. Bir stəkan ilıq çay məni gözləyir. Nərmin ehtiyatla telefonumu götürüb nömrəsini yazır. Evdə də mənə xidmət göstərə biləcəyini, amma bunun gizli qalmasını, Nərgiz xanımın (deyəsən salonun sahibəsidir) bilməməsini istəyir. Nərmin gizlicə evlərə getdiyi üçün, sahibədən qorxur. Çayımı içib qalxıram. Qapının ağzındakı qarapaltarlı sahibə və ortayaşlı kişi ilə sağollaşıram. Salon haqqında daha dolğun məlumat əldə etmək üçün, qonşularla söhbət etmədən getmək istəmirəm. Amma qəribədir ki, rastlaşdığım heç kəs heç nə danışmaq istəmir. Ancaq təxminən 16-17 yaşlarında bir yeniyetmə özü mənə yaxınlaşır. Diqqətlə baxmağından hiss edirəm ki, bayaq məni yarıçılpaq görən yeniyetmələrdən biridir. Şəhər uşaqlarına məxsus yekəkəxanalıqla, bir az da yaşına uyğun çəkingənliklə və utancaqlıqla irad bildirir:

-Qaqaş, “bazlığa” gələndə, o otağın pəncərəsini bağlıyun də...Həyətdən görünür axı...

Söz tapa bilmirəm.

-Qaqaş, “bazlığa” gəlməmişəm, masaja gəlmişəm.

-Sən dedün, mən də inandım! Onsuz da bütün şəhər bilir ki, burda nə işlə məşğul olurlar. Uşaq-zadam bəgəm.

Üzümü çevirib uzaqlaşıram.

Cəlil CAVANŞİR, publika.az


ESMERRi | 24 mart 2016 18:53 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Meryem_Duyqu
Azərbaycanda masaj salonları nələr təklif edir -<span style="color: rgb(139, 0, 69);">Nələr təklif etmirki, başdan -ayağa əxlaqsızlıq yuvası.</span>
Meryem_Duyqu | 14 fevral 2014 01:36 | Status: Yazar | Şərh: 4 130
Azərbaycanda masaj salonları nələr təklif edir -Nələr təklif etmirki, başdan -ayağa əxlaqsızlıq yuvası.
Цуда | 16 dekabr 2013 19:33 | Status: Şərhçi | Şərh: 228
Tesekurler
SEVDA | 19 noyabr 2013 18:08 | Status: Nəzarətçi | Şərh: 17 439
baxun da kiwiler gizlin-gizlin ne oyunlardan çıxırlar...
Billurə | 17 mart 2013 19:27 | Status: Professional user | Şərh: 4 892
xowum gelmedi((
Aliyeva | 16 mart 2013 21:23 | Status: Yazar | Şərh: 4 036
n3
Ders_Verici_Soz | 24 yanvar 2013 22:27 | Status: Qonaq | Şərh: 0
Az yaşlı qızın ne işi var demeyin dövletimizdi 18 yaça can yetim qızları saxlayır atır küçeler ne etsin çörek üçün ancaq bu işi ved edirler düşşür bu yola halal qazanaram deyir ama zamanla alışır kimdi günahkar qızmı indi?
meryem30 | 11 yanvar 2013 15:14 | Status: Şərhçi | Şərh: 156
lolaВ 1,
duz dedin.amma bizim kiwiler pullu weleri dadli bilirler axi :n43:
Lola. | 8 yanvar 2013 19:46 | Status: Professional user | Şərh: 2 230
masaji heyat yoldawlarina etdirsinde evli kiwiler
Listen to you heart | 3 yanvar 2013 22:06 | Status: VİP user | Şərh: 805
bura Azerbaycandir! :n10:
gulnar aydinli | 22 noyabr 2012 15:30 | Status: Qonaq | Şərh: 0
Vayyy sen lap zulum cekmisenki
azeri_oglu | 2 sentyabr 2012 23:00 | Status: Gümüş user | Şərh: 2 243
celil qardaw ferz edirem neler cekmisiz)))
P.S | 28 avqust 2012 13:43 | Status: VİP user | Şərh: 995
dehset belelerinin boynu qirilsin
sevinc keder | 20 avqust 2012 15:06 | Status: Professional user | Şərh: 3 818
mende ewitmiwem ki bezi masaj salonlarinda masaj evvezine bawqa xidmetler gorsedirler!
bele elemekle yalniz insanlarin masaja olan fikirlerini deyiwirler,cox heyif.

orda iwleyen yeniyetmelere ise lap mat qalmiwam eee axi valideinleri hecmi qizlarinin iwlediyi yeri ariyib axtarmirlar ki gorsunler qizlari nece yerde nece insanlarla iwleyirler?!.. :n13:
NANICKA | 16 avqust 2012 09:20 | Status: Şərhçi | Şərh: 220
N EYAZACAGIMI BILMIREM
life82 | 3 avqust 2012 17:07 | Status: Gümüş user | Şərh: 985
SOZ TAPMADIM YAZMAGA
G-----16 | 27 iyul 2012 22:29 | Status: Gümüş user | Şərh: 2 227
Sitat: ARZUMMM
ALLAH XEYANET EDEN BUTUN KIWILERIN BELASIN VERSIN!

:n43:
UGUR | 22 iyul 2012 20:32 | Status: VİP user | Şərh: 462
BIZIM KISILER BEZILERI O QEDER EXAQSIZDIKI,HETDA YOLDAN KECEN NAMUSLU,BASIASAGI,QADINLARA QIZLARA SOZ ATIRLAR,OKI QALDI BELE YERDE ISLEYIB COREK PULU QAZANANLARA DA O QEDER PIS TEKLIFLER ,ISTEHZA ILE EXLГ‚QSIZCA DANISMALARI ,ONLARDA ISTER ISTEMEZ SIRTIQLAŞIRLAR.
Kama Babayeva. | 17 iyul 2012 17:59 | Status: Qonaq | Şərh: 0
aziyam ! Kisilein ekseriyyeti o meqsedler gedirler deye qadinlarin bu kimi yerlerde islemeyinede pis baxirlar ! Her cure insan var ne etmeli ? Ela yaziydi
Melek_1 | 16 iyul 2012 18:01 | Status: VİP user | Şərh: 1 002
ilk defedir bele sey esidirem
M.M... | 14 iyul 2012 21:40 | Status: Professional user | Şərh: 1 740
Birinci defedi ewidiremki bele salonlar var dehwetdiye..... Ozde qizlarin yawlari woka saldi meni..
Ellada84 | 14 iyul 2012 00:29 | Status: Şərhçi | Şərh: 89
az yawli qizin orda ne iwi var goren :n13:
gunelcik | 13 iyul 2012 19:36 | Status: Gümüş user | Şərh: 421
Aaa. paah guya niyə məəttəl qaldım ki normal haldı :n8:
important | 13 iyul 2012 19:24 | Status: VİP user | Şərh: 404
Söz tapmiram)
Feriha. | 13 iyul 2012 10:30 | Status: Professional user | Şərh: 4 746
Hande duz yazmisan canim
laleyka | 13 iyul 2012 10:05 | Status: Professional user | Şərh: 652
menim qynatam da tez-tez masaj eletdirir amma evde eletdirir, hem de masaj eliyen qadin xaricde onun tehsilini alib ozu de doxlet xestexanasinda isleyir cox gozel masaj eliyir, mence Azerbaycanda bunun tehsilini alan mutexesisler var
TATLI GUZEL | 13 iyul 2012 10:05 | Status: Professional user | Şərh: 5 781
Mene catmir eee bele seyler?!Kisilerin masajda ne isleri var axi?!Masaja hemise qadinlar gedir.Sorada evli kisiler yoldan cixarirlar.
dark lady | 13 iyul 2012 09:49 | Status: Professional user | Şərh: 519
Sitat: seva-azer
vay, vay Kişinin işi şuluqdu

Burdan alir ordan tullayir onsuz da
Alizes | 13 iyul 2012 09:26 | Status: Yazar | Şərh: 2 588
Celil beyin yazilarini her zaman boyuk maraqla oxuyuram. Burda da her weyi cox aydin,noqte-vergulune kimi vurgulayib,sag olsun...

Massaj... Guluncdur vallah... Hmm! Demjeye soz tapmiram sadece. Birce onu deye bilerem ki,bu hala gelmeyimiz bizim faciemizdir.
Damla | 13 iyul 2012 06:50 | Status: Brilliant user | Şərh: 7 177
Hamimiz bilirik bu masaj salonlara nelere ve kimlere qulluq edir ve ne ucundur.. Yaxsi dolya vermasalar mueyyen yerlara hemin gunu baglayarlar.Derman oz iwini gorur.cak-cak ise baw agridir.eslinde o kecmiw zamanda agridirdi indi ise cak-cuk hec milceyin viziltisindada awagidir.
Insanda gerek vicdan ola,Allah xofu olaki,getmasin ela salonlara teref.Bu keyfiyyetler olmayan insandan ise ne desan gozlemek olar.