Aktual / Xəbəriniz olsun!

Tarixin ən qəddar qanun və adətləri

zyoma | 3-07-2012, 22:00
3 936 37
 
1. Yapon Mimizukası
Qədimlərdə Yaponiyada döyüşçülər iştirak etdiyi müharibələrdə öldürdükləri düşmənin başını kəsib, geriyə – öz ölkələrinə gətirirdilər, bu, adət idi. 1592-1598-ci illərdə Yaponiya Koreyaya qarşı müharibə elan edir. Müharibənin məqsədi Koreyanı işğal etmək idi.
Bu dövrlərdə yaponlarda öldürdükləri düşmən əsgərinin başını mükafat kimi geri gətirmək, hələ də geniş yayılmışdı. Ancaq öldürülən koreyalıların sayının çox olması və ordunu daşıyan gəmilərin pis şəraiti, əsgərlərə yalnız düşmənlərin kəsilmiş qulaq və burnunu götürmək imkanı yaradırdı. Müharibə zamanı nə qədər adamın öldürüldüyü tam məlum olmasa da, bu rəqəmin bir milyona yaxın olduğu güman edilir.
Yaponiyaya gətirilən qulaqlar və burunlar iri binaların tikintisində istifadə edilirdi. Belə tikintilərdən ən böyüyü Mimizukadır. Bu binanın tikintisində 38000 koreyalının bədən üzvlərindən istifadə edilib. Ancaq indi bu tikilinin əsl tarixindən demək olar ki, yaponların əksəriyyətinin xəbəri yoxdur. Amma koreyalılar bu haqda məlumatlıdırlar.
Bugünlərdə Mimizukanı ziyarət edənlərin çoxu da koreyalılardır. Qara keçmişinə görə, bu abidə turist bələdçi kitablarında göstərilmir.

2. Qadın isteriyası
Qadın isteriyası bir zamanlar geniş yayılmış xəstəliklərdən biri sayılırdı. Bu xəstəliyin diaqnozu və müalicəsi Qərbi Avropada və Amerikada yüz illər boyu mütamadi hal halmışdı. Bu xəstəlikdən Vikrotiya əsrinin tibbi ədəbiyyatında geniş bəhs edilir.
Bu xəstəlikdən əziyyət çəkən qadınlarda huşsuzluq, maye çatışmazlığı, sinədə olan ağırlıq, əzələ ağrısı, nəfəs çatışmazlığı, əsəbilik, qidaya və seksə olan həvəsin ölməsi kimi simptomlar var idi. O zamanlar isə bu xəstəliyin əsas səbəbi kimi, cinsi istəksizlik göstərilirdi. Buna görə də, bu “xəstəlik”dən əziyyət çəkənlərə çanaq masajı edirdilər. Bu müalicə zamanı, həkimlər qadınların cinsi orqanlarını orqazma çatana qədər, isteriyadan xilas olana qədər masaj edirdilər.
1870-ci illərdə həkimlər yeni elektrik cihazın vaginal masaj texnikasına kömək edəcəyini düşündülər. 1873-cü ildə ilk elektromexaniki vibratorlar kəşf edildi və Fransada qadınların isteriyasını müalicə etmək üçün ruhi dispanserlərdə istidafəyə verildi. Onilliklər boyu bu mexaniki cihazlar ancaq həkimlər tərəfindən çanaq masajı üçün istifadə edilirdi.
Əsrin sonunda vibratorlar müştəri bazarına da çıxarıldı. 1900-cü illərin əvvəllərindən etibarən qadın isteriyası ilə diaqnoz olunanların sayı getdikcə azaldı və hal-hazırda o artıq xəstəlik hesab edilmir.

 
3. Kralların ilahi hüquqları
Kralların ilahi hüquqları monarxın insanlar üzərində mütləq hakimiyyətini dəstəkləyən və bunun Tanrının istəyi olduğunu əsaslandıran dini və siyasi doktrina idi. Doktrində deyilirdi ki, krala qarşı olan istənilən hərəkət Tanrıya qarşıdır və kafirlik hesab edilməlidir. Bu nəzəriyyə Şotlandiyada VI Ceyms və İngiltərədə I Ceymsin hakimiyyəti vaxtında meydana çıxıb.
18-ci əsrdəki Amerika və Fransa inqilabları bu nəzəriyyəni zəiflətdi və 20-ci əsrin əvvəllərində dünyada bu fərziyyə rədd edildi. Kralların ilahi hüquqlarına görə, onları özlərindən başqa heç kim cəzalandıra bilməzdi. Bu, şahzadələrin tərbiyəçiləri üçün böyük problemlər yaradırdı. Ona görə də hər şahzadənin yanında qamçılanmaq üçün xüsusi oğlan saxlanılırdı. Şahzadə dərs zamanı özünü yaxşı aparmasa, onun əvəzinə, tərbiyəçi oğlanı cəzalandırırdı.
Bu oğlanlar adətən yüksək səviyyəli ailədən gəlirdi və şahzadə ilə bir yerdə böyümüş olurdu. Ona görə də onlar arasında bir bağlılıq olurdu. Bu da həmin qamçılanma texnikasını faydalı edirdi, çünki şahzadə dostunun cəzalanmasını görməmək üçün, özünü yaxşı aparmaq məcburiyyətində qalırdı.
Buna baxmayaraq, tarixdən də gördüyümüz kimi bəzi hökmdarların digərləri üçün heç bir mərhəmət hissi yoxdur. Bu halda, qamçılanan oğlanlar şahzadələrin hərəkətlərinə görə işgəncələrə məruz qalırdılar.

4. Dreyptomaniya
Amerikada və Avropda quldarlığın geniş yayıldığı dövrlərdə alimlər irqlər arasındakı fərqləri araşdırırdılar. Tarixdə bu tip tədqiqatlardan fərdləri sıxışdırmaq üçün geniş istifadə olunub. Bu, yeni imperializm dövründə istifadə edilən ən geniş yayılmış tədqiqat idi. Bu vaxtlar bir sıra alimlər Avropa imperializminə haqq qazandırmaq üçün bir sıra fərziyyələr irəli sürürdülər. İkinci dünya müharibəsindən və yəhudi soyqırımından sonra elmi irqçilik rəsmi olaraq rədd edildi.
Elmi irqçiliyin bir nümunəsi də dreyptomaniya idi. Dreyptomaniya Amerika fiziki Samuel Kartrayt tərəfindən 1851-ci ildə irəli sürülən qondarma xəstəlik idi. Onun dediyinə görə, dreyptomaniya qaradərili qulların əsirlikdən qaçmasına səbəb olan ruhi xəstəlik idi.
Kartrayt bu “xəstəlik” haqqında tədqiqatını Luiziana Tibb Assossasiyasına təqdim etmişdi və onun bu hesabatı Amerika koloniyalarında geniş şəkildə öz əksini tapırdı.
Kartraytın dediyinə görə, bu xəstəliyin meydana çıxmasına səbəb, sahiblərin qulları ilə yaxın olması, onlara sanki bərabərmişlərmiş kimi davranması idi. Kartrayt bu “xəstəliyə” çarə də tapmışdı. “Əgər qullar səbəbi olmadan nədənsə narazıdırlarsa və ya küsürlərsə, onları ölənə kimi qamçılamaq lazımdır”.

 

 

 

5. Yekəburun Corc
1800-cü illərin sonlarına yaxın Amerikanın qərbində cinayətkarların sayı çoxalmışdı. Bu cinayətkarladan birinin adı da YekəburunCorc Parrot idi. 1878-ci ildə Parrot və dəstəsi iki hüquq mühafizə məmurunu qətlə yetirir. 1880-ci ildə Parrotun dəstəsi nəhayət ki, həbs edilir. Yekəburun Corc asılaraq ölüm cəzasına məhkum edilir, ancaq hələ həbsdə olarkən, o qaçmağa cəhd edir. Onun qaçmaq xəbəri əyalət əhalisinin qulağına çatan zaman, 200 adamdan ibarət bir dəstə onu silah gücünə həbsxanadan çıxardır və onu teleqraf dirəyindən asır.
Corc öldükdən sonra həkimlər onun cəsədini götürür və cinayətkarlıq izlərini öyrənmək üçün beyni üzərində araşdırma aparır. Prosedur zamanı Parrotun kəllə dərisi tamamilə soyulur və 15 yaşlı Lilian Heltə verilir. Helt gələcəkdə Vayominqin ilk qadın həkimi olur və Parrotun kəllə dərisindən külqabı, qələm qabı və s. kimi istifadə etməyiylə tanınır.
Corcun sinəsindən, üzündən və budlarından da dərisi soyulur və bundan bir cüt ayaqqabı və tibbi çanta hazırlanmasında istifadə edilir. Hal- hazırda Yekəburun Corcun dərisindən hazırlanan ayaqqabılar Roulinqsdəki “Carbon County” muzeyində nümayiş etdirilir.

6. Lobotomiya
20-ci əsrin birinci yarısı Avropada və Şimali Amerikada yaranan radikal və qəddar fiziki terapiya vasitələriylə yadda qalacaq. 1900-cü illərdə tibbi icma çox qəribə müalicə vasitələri üzərində işləyirdi. Bunlardan biri də 1920-ci ildə yaradılan dərin yuxu terapiyası idi. Bu terapiyanın mahiyyəti həblər vasitəsilə xəstələri bir neçə gün və ya həftə ərzində dərin yuxuya salmaq idi. Deməyə ehtiyac yoxdur ki, bəzi xəstələr bu koma vəziyyətindən heç vaxt ayılmırdılar.
1960-70-ci illərdə Çelmsford Özəl xəstəxanasında bu terapiyanın nəticəsində 26 nəfər ölür. 1935-ci ildə portuqaliyalı neuroloq Antonio Eqaz Moniz lobotomiya adlanan yeni psixoloji müalicə vasitəsini təqdim edir. Lobotomiya prefrontal korteksə gedən və gələn bağlantıları kəsməkdən ibarət idi. Prosedura zamanı xəstənin başına deşik açılır, beynin ön dilimlərində olan hüceyrələr məvh edilirdi.
Ciddi yan təsirlərinin olmasına baxmayaraq, lobotomiya bütün dünyada yayılır. 1949-cu ildə Antonio Eqas Monis Tibb üzrə Nobel mükafatına layiq görülür. 1940, 1950-ci illərdə ABŞ-da 40.000-ə yaxın insan bu terepiyadan istifadə edir. İndi lobotomiyaya nadir hallarda rast gəlinir və dünyanın bir sıra yerlərində bu əməliyyat qadağan olunub.

 

 


7. Xanım Vinslounun sakitləşdirici şərbəti
19-20-ci əsrlərdə dünya əhalisi çoxalmağa başladıqca, bir çox fabriklər müxtəlif növ dərmanlar üzərində işləyirdi. İnsan beyninəbirbaşa təsir göstərən müxtəlif yeni həblər kəşf edilirdi. Bəzi hallarda, beynəlxalq şirkətlər sərbəst bazar standartlarından istifadə edərək, potensial təhlükəli məhsullardan istifadə edirdilər.
Bunlardan biri də Xanım Vinslounun sakitləşdirivi şərbəti idi. Bu şərbət ilk dəfə 1849-cu ildə bazara çıxarılıb. Məhsulun reklamında “istənilən insanı və heyvanı sakitləşdirə bilər” deyilirdi və bundan əsasən balaca uşaqları sakitləşdirmək üçün istifadə edirdilər.
Şərbətin tərkibi çoxlu miqdarda morfin sulfat, tiryək tozu, sodium karbonat və akva amoniyakdan ibarət idi. Bu məhsuldan 19-cu əsrdə geniş istifadə olunurdu. 20-ci əsrdə Vinslounun şərbəti körpə uşaqların ölümünə səbəb olan bir məhsul kimi ad çıxardı. Britaniyada şərbət 1930-cu illərə kimi hələ də rəflərdən yığışdırılmamışdı.

8. Dovşan testləri
Qadınlar üçün hamilə olduğunu qabaqcadan bilmək bir üstünlükdür. Bu onu ruhən doğuşa hazırlayır və narkotik vasitələrdən, spirtdən uzaq durmasına səbəb olur. Tarix qadınların hamiləliyini müəyyən etmək üçün istifadə edilən müxtəlif və çox qəribə texnikalarla doludur.
1927-ci ildə Zondek və Aşçem dovşan testini kəşf edib. Test qadının sidiyini dişi dovşana vurulmasındna ibarət idi. Bundan sonra dovşanı bir neçə gün ərzində müşahidə edirdilər. Əgər dovşanın yumurtalıqları qadının sidiyinə reaksiya verirdisə, qadının hamilə olduğu hesab edilirdi.
Bu test uğurlu bir yenilik idi və hamiləliyə tamamilə düzgün diaqnoz qoyurdu. Dovşan testi 1930-50-ci illərdə geniş istifadə edilirdi. Prosedura zamanı istifadə olunan bütün dovşanlar cərrahiyə əməliyyatı olunmalı və daha sonra öldürülməli idi. Bunu dovşanları öldürməmiş də etmək olardı, ancaq çoxu bunu vecinə də almırdı.

 

 


9. Tütün tüstüsü imaləsi
Tütün tüstüsü imaləsi 19-cu əsrdə qərb təbabətində geniş yayılmış tibbi prosedurlardan biri idi. Müalicə tütün tüstüsünün xəstənin düz bağırsağına imalə vasitəsilə daxil edilməsindən ibarət idi. Tütün hələ yenicə istehsal edilirdi. “Yeni dünya”dan idxalı zamanı onu birçoxları müalicə vasitəsi hesab edirdi. Bu zaman tütün tüstüsü Qərbdə bir çox tibb adamları tərəfindən başağrısı, nəfəs çatışmazlığı, mədə spazmı, soyuqdəymə və huşsuzluq kimi xəstəliklərin müalicəsində istifadə edilirdi. Tütün tüstünü imalə etmək texnikası şimali Amerika hindularından qalma bir adət idi.
O vaxt inanırdılar ki, bu vasitəylə güllə yarasını da sağaltmaq mümkün idi və bu üsuldan suda boğulanlara süni nəfəs vermək üçün tez-tez istifadə olunurdu.
1835-ci ilə aid bir hesabata görə, tütün imaləsi ilə vəbanın müvəffəqiyyətlə müalicəsinə nail olunub. Bu üsula olan hücumlar isə 18-ci əsrdən başlayıb. 1811-ci ildə ingilis alimi Benjamin Brodi tütün tüstüsünün tərkində olan nikotinin ürək üçün zərərli olduğunu və heyvanlarda qan dövranının dayanmasına səbəb olduğunu aşkar edib. Bu hesabatdan sonra tütün imaləsindən istifadə etmə halları azalmışdı.

10. Həyat yoldaşını satmaq
Orta əsrlər dövründə Qərbdə qadınlar tamamilə kişilərdən asılı vəziyyətdə idilər. Tarix boyu qadınlar mülkiyyət sahibi ola bilmirdi, hətta onlar ərlərinin mülkiyyəti hesab olunurdu. Ərinin boşadığı qadınların auksionda satılması adətinə nə vaxt başlanılması məlum olmasa da, yazılı mənbələr bunun 17-ci əsrin sonlarında başladığını göstərir.
Bir çox hallarda, qadının satışa çıxarılması haqda yerli qəzetlərdə qabaqcadan məlumat verilirdi. Bu hadisə adətən auksion halında baş verir, qadın boynuna və ya qoluna kəndir keçirilərək meydana gətirilirdi.
Bundan sonra qadın ona ən yüksək məbləğdə qiymət verən adama satılardı. Həyat yoldaşını satmaq 18-ci və 19-cu əsrdə mütəmadi hal almışdı və uğursuz bir evliliyi sonlandırmaq yollarından biri idi.
19-cu əsrdə bəzi qadınlar satılmağına etiraz edirdi, 18-ci əsrdə isə belə bir hala rast gəlinməyib.

 


Dəniz qızı | 3 may 2016 16:14 | Status: Brilliant user | Şərh: 8 017
Əcəb qanunlar var imiş...
ESMERRi | 21 mart 2016 12:36 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Qaracaqiz
avropalilar muselmanlari barbar vehsi hesab edirler eslinde ise onlarin iyrenc qanunlari olub.
N....N92 | 1 dekabr 2014 17:03 | Status: Professional user | Şərh: 4 351
Xəbər üçün təşəkkür
P.S | 28 avqust 2012 13:47 | Status: VİP user | Şərh: 995
maraqla oxudum sagolun
SoFiYYa AnGeL | 13 iyul 2012 19:39 | Status: Professional user | Şərh: 957
Ən çox Dovşan testləri maraqlı gədi... Gərcəkdən cox ferqli ,, seliqəli xəbərdir! Müəllifə təşəkkürlər!
Qaracaqiz | 6 iyul 2012 16:28 | Status: VİP user | Şərh: 1 882
avropalilar muselmanlari barbar vehsi hesab edirler eslinde ise onlarin iyrenc qanunlari olub.
M.M... | 6 iyul 2012 15:01 | Status: Professional user | Şərh: 1 740
DEHWETDIYE... AXIRINCI VAPWE HEYAT YOLDAWINI SATMAQ OLAR...
Narmin PinkGlamour | 5 iyul 2012 16:17 | Status: Şərhçi | Şərh: 385
dordanda dehsetli qanunlardi .
Feriha. | 4 iyul 2012 15:51 | Status: Professional user | Şərh: 4 746
maraqlidi
Nazar | 4 iyul 2012 15:32 | Status: Professional user | Şərh: 1 184
. Dovşan testləri aa nə maralı təşəkkür edirəm çox maraqlı idi tarixi oxumaq gözəl və maraqlı xəbər üçün təşəkkürlər.
Seva-Azer. | 4 iyul 2012 12:30 | Status: Qonaq | Şərh: 2 351
Sitat: Nergizim_t
heyat yoldaşini satmaq ! burda yazilanlar bezi kişilerin nece aciz ve axmaq olduqlarini subut edir
:n33: :n33: :n33:
TATLI GUZEL | 4 iyul 2012 11:26 | Status: Professional user | Şərh: 5 781
Dehsetdi bu taixler.Adam oxuduqca oyrenir.Hele evveller taxt-tac ustunde qardas qardasi oldurudu.Bu onun yaninda hecnedi.Xebere gore tesekkurler wink
gunelcik | 4 iyul 2012 11:07 | Status: Gümüş user | Şərh: 421
8. Dovşan testləri
Qadınlar üçün hamilə olduğunu qabaqcadan bilmək bir üstünlükdür. Bu onu ruhən doğuşa hazırlayır və narkotik vasitələrdən, spirtdən uzaq durmasına səbəb olur. Tarix qadınların hamiləliyini müəyyən etmək üçün istifadə edilən müxtəlif və çox qəribə texnikalarla doludur.
maraqlıdı
sheyla | 4 iyul 2012 09:51 | Status: Professional user | Şərh: 836
aaaa heyat yoldasini satmaq da ne demekdir?????

Maraqli xeberdir.5+
sanel | 4 iyul 2012 07:13 | Status: Professional user | Şərh: 3 647
axira qeder oxudum heyat yoldasini satanlar ise dehsetdir
Damla | 4 iyul 2012 07:10 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: şeh
TARİX HEÇ NƏYİ UNUTMUR.ÇÜNKİ ONU XALQ YAZIR.XALQIN YADDAŞI İSƏ DAŞ KİMİ MÖHKƏMDİR.

Duz deyirsen amma bir emmasi var bizim xalqimiz biraz unutqandir.Yada her seyi bilirler,amma susurlar smile .
sheh | 4 iyul 2012 07:08 | Status: Yazar | Şərh: 3 353
Sitat: Damla
Tarixe duwub duwmeyeceyi ise sual altindadir.

TARİX HEÇ NƏYİ UNUTMUR.ÇÜNKİ ONU XALQ YAZIR.XALQIN YADDAŞI İSƏ DAŞ KİMİ MÖHKƏMDİR.
Damla | 4 iyul 2012 06:33 | Status: Brilliant user | Şərh: 7 177
Maraqli xeberdi.Indide cox qeddarliqlar ve haqsizliqlar olur.Tarixe duwub duwmeyeceyi ise sual altindadir.
Firam | 4 iyul 2012 06:32 | Status: Gümüş user | Şərh: 211
cox maraqla oxudum.sesde verdim)
zoluwka | 4 iyul 2012 02:19 | Status: Professional user | Şərh: 3 172
guya indi haqsizliq yoxdu indikileri yazsaq hamurappinin qanunlari yalan olar.tarixi cox sevirem maraqla oxudum.tutunu kim cixarib bawina daw duwsun necede duwub boyuk beladi butun dunyani buruyub
Banu. | 3 iyul 2012 23:29 | Status: Admin | Şərh: 2 266
Cox maraqli xeberdir redakte edende de oxudum indi de teşekkur tarixe aid her şeyi oxumagi cox sevirem.
gulya20 | 3 iyul 2012 23:27 | Status: Professional user | Şərh: 4 677
bu haqqda melumatim var idi,bir daha oxumaq maraqlidi
Nergizim_t | 3 iyul 2012 23:25 | Status: Gümüş user | Şərh: 210
heyat yoldaşini satmaq ! burda yazilanlar bezi kişilerin nece aciz ve axmaq olduqlarini subut edir.
zyoma | 3 iyul 2012 23:07 | Status: VİP user | Şərh: 185
Mence cox maraqlidi,axiradek oxuyun.twk
rufet ehmed | 3 iyul 2012 22:45 | Status: Gümüş user | Şərh: 1 391
maraqlidi
yelda | 3 iyul 2012 22:44 | Status: Qonaq | Şərh: 245
wauuu o dovrlerde heyat yoldasini satmaqda var idi.
HEYATIM | 3 iyul 2012 22:32 | Status: Professional user | Şərh: 2 110
HMM MARAQLIDI
dark lady | 3 iyul 2012 22:32 | Status: Professional user | Şərh: 519
bele uzun xeberleri 2hissede verseniz daha yaxsi olar mence.incimeyin amma adamin hovselesi catmir axira kimi oxumaga.yarisini sabah oxuyaram wink
Yasmin Arzu | 3 iyul 2012 22:31 | Status: Professional user | Şərh: 586
ele bildim axira qeder oxuya bilmerem sebrim catmaz. oxudugca maragli geldi axra qeder oxdum . cox sagol
BAYACAM | 3 iyul 2012 22:31 | Status: Professional user | Şərh: 1 042
MARAQLI XEBER IDI.TEWEKKURLER.