Aktual / Xəbəriniz olsun!

Qazlı sular haqqında bilmədklərimiz.

Banu. | 6-07-2012, 21:00
12 827 49


 

 

Qzlı suyu icmək olarmı?

ABŞ –ın Kaliforniya ştatının Qubernatoru (eyni zamanda məşhur kino aktyoru) Arnold Şvarsneger sağlam həyat tərzinin təbliğatçısı kimi çıxış edir. Belə ki, o, orta məktəblərdə uşaqların çox sevdiyi  qazlı suların satışını qadağan etmişdir. İndi məktəb bufetlərində yalnız təmiz su, süd və ya meyvə şirəsi içmək olar. 

 Şəkər. 1 qab qazlı suda 7-8 çay qaşığı şəkər olur. Bu isə mədəaltı vəzin işini artırır, diabet riski yaradır, nəhayət,  həddindən

Onun bu addımı uşaqlarda artıq çəki problemi ilə məşğul olan dietoloqlar tərəfindən böyük  rəğbətlə qarşılandı. Buradan belə bir sual yaranır: qazlı suyu içmək olar, ya yox? Qazlı suyun tərkibində pis nə var ki?

Dietoloqlar qazlı suyu pisləyirlər. Uşaqlar isə sevirlər. Dietoloqların bu barədə bir sıra tədqiqatları var. Elə isə onların əsas etirazlarına səbəb olan komponentləri nəzərdən keçirək:

artıq çəkiyə doğru bir yol açır.

Kofein. Bir qayda olaraq, qazlı suların tərkibində «gümrahlıq verən element» vardır ki, bu da fiziki və psixoloji asılılıq yaradır. Yəqin ki, məhz kofein qazlı suyun olduqca populyar olmasını təmin edir. Bundan əlavə, kofein uşaqlarda və yeniyetmələrdə sinir sisteminin fəaliyyətində bəzi müxtəlif pozuntular əmələ gətirə bilər. Məsələn, onlarda özünə nəzarət azalır, narahat yatırlar, dərslərin hazırlanmasında  çətinlik çəkirlər. Uşaqlıqdan qazlı su içməyə öyrəşənlərdə vegetativ damar distoniyası inkişaf edir.

Karbon qazı – adi halda zəhərli deyil, lakin mədə-bağırsağın sekresiyasını yüksəldir, mədə şirəsinin turşuluğunu artırır, bağırsaqlarda köp yaradır.

Turşu.  Qazlı sularda çoxlu turşular var. Məsələn, ortofosfor turşusu. Onun artması orqanizmdə kalsiumun azalmasına gətirib çıxarır. Yeniyetmələrdə sümüklər böyümə dövründə olduğundan bu hal  arzuolunmazdır. Qazlı suya üstünlük verən yeniyetmələrdə sınıqlar başqalarına nisbətən  dəfələrlə  çox olur. Bundan əlavə, turşular uşaqlarda dişlərin emalına dağıdıcı təsir göstərir.

Konservantlar. Konservləşdirmək üçün içkilərə müxtəlif kimyəvi maddə qatılır ki, bunlar da müəyyən  dərəcədə zəhərlidir.

 

 

 

 

 

Nə qədər içmək, yaxud heç içməmək?

Əgər qazlı su hərdən bir içilərsə, o qədər də zərər törətməz. Lakin insanların çoxu (əhalinin təxminən 75%) onu mütəmadi olaraq qəbul edir. Ona görə də yadda saxlayın ki,

- 3 yaşa qədər uşaqlara hətta kiçik porsiyalarla belə qazlı su vermək olmaz;

- çalışın ki, süd və təzə çəkilmiş şirələri məhdudlaşdırmayasınız;

-çalışın ki, heç olmasa, şəkərsiz qazlı su içəsiniz.

-qazlı suyu plastmas borucuqlar vasitəsilə içdikdə dişlərin emal qatı turşuların  dağıdıcı təsirindən qorunmuş olur.

- xroniki xəstəlikdən (qastrit, kolit, mədə xorası, piylənmə, allergiya) əziyyət çəkənlər üçün qazlı sular (tərkibində konservantlar, turşular, süni aromatizatorlar olduğundan) əks göstərişdir. Belə ki, xəstəlik kəskinləşir və ya kəskin tutmalara şərait yaranır.

İçki seçdikdə kağız üzərindəkilərə diqqət yetirin. Bəzən tərkibində turşuların adı əvəzinə qida əlavələrinin rəqəmli kodunu yazırlar. Bunlara  E 121, E123, E 240, E 954a, E 924v aiddir.

 

 


 

 

Şirin qazlı sulara aludə olmayın

Şirin qazlı suların qəbul edilməsi kişilərdə podaqra əmələ gəlməsi riskini artırır. ABŞ alimlərinin apardığı çoxillik tədqiqatın nəticələri göstərmişdir ki, podaqranın inkişafına şirin qazlı sularda fruktozanın olması təsir edir. 12 il müddətində 46 min müxtəlif peşə sahibi  olan kişilər üzərində aparılan müayinələr nəticəsində  onlardan 755-də podaqra xəstəliyi  aşkar edilmişdir. Təqiqatçılar bunun səbəbini şirin qazlı suların tərkibinə xüsusi maddənin əlavə edilməsi ilə əlaqələndirirlər. Bu isə qanda sidik turşusunun artmasına səbəb olur

 

 

 

 

Koka-kola nə üçün zərərlidir? 

Alimlər təsdiq edirlər ki, gün ərzində 2 litrdən çox koka-kola içmək ürək ritminə mənfi təsir edir, əzələ tonusunda pozğunluq yaradır. Zəiflik və hətta iflic yaranır. Tədqiqatlar göstərir ki, təzyiq yüksəkliyi riskindən başqa hipokalsiemiya riski yüksəkdir.

Kolanın tərkibində su, şəkər, kofein, soda var. Yüksək miqdarda bu zərərli kokteyl kalorisi yüksəkdir. Sodadakı natrium ionları sinir sistemini qıcıqlandırır. Orqanizmdə suyu saxlayır. Ekspertlər hesab edirlər ki, kolanı yüksək miqdarda içmək düzgün deyil, ondan tamamilə imtina edə bilmirsinizsə, heç olmazsa az için.

 

 

 

 

Qazlı suların yaranma tarixindən.

   İlk dəfə olaraq qazlı suyu böyük ingilis kimyaçısı və əyalət keşişi Cozef Pristli kəşf etmişdir. Dini  elmlərlə yanaşı kimya ilə məşğul olan Pristli oksigen, amonyak, azot oksidi, karbon qazı və digər maddələri kəşf etmiş, suyun qazlaşdırılması üsulunu işləyib hazırlamışdır. Bütün bunlar 240 il əvvələ təsadüf edir.

Bundan sonra isə isveç kimyaçısı çoxlu miqdarda suyun qazlaşdırılması üçün qurğu düzəltmişdi. 19-cu əsrin əvvəllərində köpüklənən suya şəkər və meyvə şirəsi əlavə etməyə başladılar. 1886-cı ildə isə koka-kola kəşf olundu.

Bu yaxınlarda isə Rusiya alimləri alkoqolsuz içkilərdəki karbon qazını  oksigenlə əvəz  etməyi təklif etmişlər. Onların fikrincə, yeni köpüklənən maye  sərbəst radikalları zərərsizləşdirmək xüsusiyyətinə malikdir və hipoksiya zamanı faydalı ola bilər.  

 

 

 

 Siz necə,qazlı suları sevirsinizmi?


N....N92 | 1 dekabr 2014 17:02 | Status: Professional user | Şərh: 4 351
Xəbər üçün təşəkkür
Mickey Mouse | 7 iyun 2013 17:23 | Status: Professional user | Şərh: 4 008
Colani hec sevmirem bir tanisim var colani sinaqdan kecirib yani 1 stekana cola tokub sonra icine lezva atib agzini baglayib tezden oyananda gorubki her terefi ag ag gurdlarladoludur stekanin ona gore de daha cola icmirem.
Gunel | 5 yanvar 2013 16:36 | Status: Professional user | Şərh: 4 087
Hec yadimda deyil sonuncu defe ne vaxt qazli su icmishem.Hec xoshlamiram zererlerindende xeberdaram coxdan.
NuRanKA | 5 yanvar 2013 16:25 | Status: Şərhçi | Şərh: 111
Herdem icirem ama aqirliq edir belede xoşlamiram daha cox konpot xoşduram ve faydalidirda
life82 | 17 avqust 2012 09:04 | Status: Gümüş user | Şərh: 985
COLA,SPRITE,DUŞESI XOŞLAYIRAM.ZIYAN OLAN NE VARSA SEVIRIK :n49:
zyoma | 9 iyul 2012 12:31 | Status: VİP user | Şərh: 185
ziyanin bilirem amma yene de sevirem
BAYACAM | 8 iyul 2012 21:29 | Status: Professional user | Şərh: 1 042
NE OLSA ICIREM.ZIYANA QALANDA HAVA UDMAQDA ZIYANDI CUNKI HAVADA TEMIZ DEYIL.
TEWEKKURLER CANIM.
M.M... | 8 iyul 2012 10:23 | Status: Professional user | Şərh: 1 740
Men bidene pepsi icirem ifso onuda evvel lap cox icirdim amma indi uje caliwiram hec icmiyim amma olmur arada ureyim isdiyirde. Tewekkurler faydali xebere gore.
POWER | 8 iyul 2012 00:55 | Status: VİP user | Şərh: 372
maraqli ve lazimi xeber ücün tsk smile
zoluwka | 8 iyul 2012 00:38 | Status: Professional user | Şərh: 3 172
demek olarki icmiem uwagada ozum evde meyvelerden sok edib verirem.qazli su icende burnumdan tustu cixir.tewekkurler
Solnuwka. | 8 iyul 2012 00:11 | Status: Həkim | Şərh: 974
hec icmirem ele sulari.en esasda kola ve pepsini.cunki terkibini bilirem.cox ziyanlidir.
LoVe_FoReVeR | 7 iyul 2012 19:54 | Status: Professional user | Şərh: 524
cox sevirem qazli su coxda icirem amma bunna sora calisacam az icim gerek saglamligimiza diqqet edek biraz
SaPir | 7 iyul 2012 18:58 | Status: Yazar | Şərh: 979
sevmirem qazli sulari hemişe ag su icirem, ya da hemişe olur soyuducumda naneli limonada, o da cox az şekerle.
nergiz_zz | 7 iyul 2012 12:28 | Status: Professional user | Şərh: 3 814
TƏŞƏKKÜRLƏR.ƏLLƏRİN DƏRD GÖRMƏSİN.MƏN HEÇ SEVMİRƏM QAZLI SULARI.
yelda | 7 iyul 2012 12:09 | Status: Qonaq | Şərh: 245
calisdigim qeder bu ickilerden uzaq olmagi bacariram amma her defe gorende yenede icirem.
gunelcik | 7 iyul 2012 11:25 | Status: Gümüş user | Şərh: 421
İçən deyiləm
laleyka | 7 iyul 2012 11:24 | Status: Professional user | Şərh: 652
cox xoslayiram axi neyniyim :n11:
Seva-Azer. | 7 iyul 2012 11:05 | Status: Qonaq | Şərh: 2 351
Sitat: Damla
Qazli sulari hec sevmirem hec.
Maraqli xeberdi.+5
Melek_1 | 7 iyul 2012 10:35 | Status: VİP user | Şərh: 1 002
qazli sulari xoslayiram
G-----16 | 7 iyul 2012 10:13 | Status: Gümüş user | Şərh: 2 227
mende icirem qazli sular :n28:
Banu. | 7 iyul 2012 09:17 | Status: Admin | Şərh: 2 266
Men de icmirem bu sulari,size de meslehet gormurem,şerhlerinize gore teşekkur edirem.
Feriha. | 7 iyul 2012 08:52 | Status: Professional user | Şərh: 4 746
icende icirem
Damla | 7 iyul 2012 07:16 | Status: Brilliant user | Şərh: 7 177
Qazli sulari hec sevmirem hec.
Maraqli xeberdi.+5
sheh | 7 iyul 2012 06:52 | Status: Yazar | Şərh: 3 353
Sitat: AllahinВ Gulu




Icmirem demek olarki ilde belke bir iki defe o da oruc olanda nese qazli su isteyerem amma bele yayda en cox limonad

BİR DƏFƏ İFTARDA O QƏDƏR QAZLI SU İÇDİM Kİ,HALIM DƏYİŞDİ,ODUR-BUDUR GÖZÜM QORXUB.ÜMUM.AXIR-VAXTLAR HEÇ İSTİFADƏ ELƏMİRİK.
OZ_DUNYAMIZ | 7 iyul 2012 06:07 | Status: Gümüş user | Şərh: 1 205
DEMEK OLARKI ANCAQ AG QAZLI SULARDAN ISTIFADE EDIREM
INDI ISE OZ QAZI OLAN NAXCIVAN SUFRE SUYUNDAN ICIREM ELEDE QAZI YOXDUR DEYILENE GORE YERDEN ELE QAZLI CIXIR.
caramio | 7 iyul 2012 05:13 | Status: Qonaq | Şərh: 0
yaxşı meqaledi
<li>
<a href="http://www.oyunoyna.az/" title="Oyun oyna" target="_blank">Oyun oyna</a>
Yagish | 7 iyul 2012 02:54 | Status: Şərhçi | Şərh: 19
men bu cox ucuz olan qazli rengli sulari almiram hec vaxt. cunki daha evvelerde oldugu kimi deyil konservatdi hamisi ve adi kran suyu. Icimizi zeherlemeyek mence.
sema dagistanli | 7 iyul 2012 01:42 | Status: Yazar | Şərh: 1 340
MEN QAZLI SUDANSA KOMPOT DAHA COX XOSLAYIRAM.BELEKI COXDA ICIREM.BIRDE SEBEBINI BILMEDIYIM BIR SEKILDE HER DEFE DUSDAN SONRA QAZLI DEYILDE SIRIN SU ICMEK ISTEYIMLE OZUMU METBEXBE SOYUDUCUNUN QARSISINDA TAPIRAM.BUNU TERGIZE BILMIREM.
_Mamedova_ | 7 iyul 2012 01:21 | Status: Gümüş user | Şərh: 1 837
zererli şeylerde ele hemişe terslikden dadli olurlar)
Ayzu | 7 iyul 2012 00:19 | Status: VİP user | Şərh: 212
Herden içirem, amma oğluna vermemeye çalışıram. Teşekkürler deyerli melumat üçün