Aktual / Xəbəriniz olsun!

Peyvənd olunanların sayı açıqlandı

Aynur_Qurbanqizi | 3-06-2021, 19:38
69 0
Azərbaycanda bu gün 50 988 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5769 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 418 082, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 497 993, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 920 089 nəfər təşkil edir.