Aktual / Xəbəriniz olsun!

DƏHŞƏTLİ HADİSƏ: Koronavirusa qarşı üç uşağı qurban etmək istədilər

Banu. | 23-04-2021, 09:29
166 0

Braziliyada qorxunc hadisənin qarşısı alınıb. Belə ki, hüquq mühafizəçilər qurban edilmək üzrə olan üç uşağın həyatını xilas edib.
Bildirilir ki, uzun müddət ac saxlanılan uşaqlar dini ayin zamanı xilas edilib. Məhəllə sakinləri hüquq mühafizəçilər gələnə qədər mərasimə mane olmağa çalışsalar da buna nail olmayıblar. Həmin anın görüntüləri sosial mediada paylaşılıb.
Hadisə yerinə gələn polislər qorxunc mənzərə ilə üzləşiblər. Bir xaçın altında ağ örtüyə bürünən uşaqlar xilas edilərk sığınma evinə göndəriliblər.
Şahidlərin sözlərinə görə uşaqlar ağlayıb fəryad edərkən qohumları onların ətrafında dua edib dövrə vururdular. Qorxunc anın görüntüləri bir anın içində sosial şəbəkədə yayılıb.
Məlumata görə, uşaqlar koronavirusa qarşı qurban ediləcəkdi.
Hadisə ilə bağlı istintaqa başlanılıb./Oxu.az