Aktual / Xəbəriniz olsun!

Pensiyaçı kişi avtobusda azyaşlı məktəbliyə qarşı əxlaqsız hərəkətlər etdi

Banu. | 23-04-2021, 09:13
81 0

Avtobusda yaşlı kişi azyaşlı məktəbliyə qarşı əxlaqsız hərəkətlər edib.
"Vesti-Yaroslavl"ın məlumatına görə, Rusiyanın Yaroslavl şəhərində baş verən hadisə avtobusun müşahidə kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda kişinin yanında oturan məktəblini sıxışdıraraq, onun dizlərini sığallamağa başladığı görünür. Uşaq onun hərəkətindən qorxaraq yerini dəyişir.
Hadisə prokurorluq orqanlarının diqqətini cəlb edib. Kişinin kimliyi artıq müəyyənləşib. Onun barəsində "14 yaşına çatmayan şəxslərə qarşı seksual xarakterli hərəkətlər" maddəsi ilə cinayət işi açılıb./Oxu.az