Aktual / Xəbəriniz olsun!

İspaniyada 12 yaşlı qızlarını pula satan valideynlər saxlanıldı

Banu. | 16-04-2021, 10:04
190 0

Ispaniya polisi valideynlərin satdığı 12 yaşlı qızı xilas ediblər.
“El Pais”in xəbərinə görə, əməliyyat zamanı üç Rumıniya vətəndaşı - evli cütlük və onların qohumu saxlanılıb.
Bildirilir ki, uşağın artıq bir neçə gün məktəbə gəlmədiyi barədə polisə məlumat verildikdən sonra hüquq-mühafizə işçiləri axtarışa başlayıblar.Bəzi mənbələr qızın valideynləri tərəfindən təxminən 4 000 avroya satıldığını iddia edir.
Müstəntiqlər nəzarətə alınan hər iki ailənin mənsub olduğu etnik qaraçı ayininə görə qızı evləndirmək istədiklərini istisna etmir.
Hüquq-mühafizə işçiləri qızın aparıldığı Monte-Alto rayonuna gediblər. Yeniyetmə hansısa zorakılığa məruz qalıb-qalmamasının müəyyən edilməsi üçün tibbi ekspertizadan keçiriləcək.Oxu.az