Aktual / Xəbəriniz olsun!

Azərbaycanda 16 yaşlı oğlan sevgilisinə qoşulub QAÇDI - FOTO

Banu. | 7-05-2021, 11:30
415 0

Mingəçevirdə 16 yaşlı yeniyetmə valideynlərindən küsərək evdən qaçıb.
AzadQadin.az  xəbər verir ki, bu barədə "Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişində oğlu Ruslan Abbasovu axtaran ata danışıb.
Ata bildirib ki, oğlu ikinci dəfədir ki, evdən qaçır:
"Balaca qızım deyirdi ki, Ruslan bəy hansısa saytda kimləsə yazışırdı. Araşdırma zamanı ortaya çıxdı ki, Ruslan Bakıda özü ilə eyni yaşda olan bir qızla danışır. Ruslan evdən qaçmamışdan 4 gün öncə qızla telefonla görüntülü danışırdı. Mən əsəbiləşib onun telefonunu əlindən aldım. Məsləhət verdim ki, sizin sevmək yaşınız deyil. Biz Mingəçevirdə yaşayırıq, qız isə Bakıda. Ruslan bir dəfə də 15 yaşında olanda evdən qaçıb".
Ruslan anası isə həmin verilişdə bildirib ki, oğlu 3-cü dəfədir ki, evdən qaçır:
"Ruslanın qaçmasına səbəb onun ögey anasıdır. 3 il ərzində oğlum evdən qaçmayıb. Lakin atası evlənəndən artıq 3-cü dəfədir ki, evdən qaçır. Ruslan evdən qaçan zaman birinci mənə zəng edirdi. Oğlum hər dəfə mənim sayəmdə evə geri qayıdırdı. Oğlumun başına bir şey gəlsə, günahkar Ruslanın ögey anasıdır".