Aktual / Xəbəriniz olsun!

Azərbaycanda ailə FACİƏSİ: Bir ailənin üç üzvü...

Banu. | 8-03-2021, 10:57
98 0

Gəncədə ana iki uşağı ilə dəm qazından zəhərlənərək ölüblər.
Bununla bağlı DİN-nin  Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlama verib.
Onun sözlərinə görə, Məmmədova Leyla (1987-ci il təvəllüdlü), onun uşaqları Məmmədov Murad (2014-cü il təvəllüdlü) və Məmmədova Xədicə (2015-ci il təvəllüdlü) hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.Oxu.az