Aktual / Xəbəriniz olsun!

Ölkədə qarlı hava şəraiti ilə bağlı baş verən yol-nəqliyyat hadisələrinin sayı AÇIQLANDI

Banu. | 25-02-2021, 10:40
103 0

Müşayiət olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq ötən gündən bu saata qədər respublika ərazisində 12 yol-nəqliyyat hadisəsi baş verib. 
Bu barədə  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib. 
O bildirib ki, qeydə alınan avtomobil qəzalarında bir nəfər ölüb:
“Ötən gündən bu günə qədər ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən 12 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb”.Oxu.az