Aktual / Xəbəriniz olsun!

Qarlı hava nəticəsində Bakıda baş verən qəzaların sayı açıqlandı

Banu. | 25-02-2021, 10:20
64 0

Kəskin hava şəraiti ilə bağlı bu gecə 00:00-dan indiyədək olan məlumata görə, paytaxtın inzibati ərazisində doqquz yol nəqliyyat hadisəsi baş verib
Bu barədə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, ötən gün səhər saatlarından indiyədək paytaxtın inzibati ərazilərində 41 yol -nəqliyyat hadisələri baş verib.
“Sürücülər hava şəraitini nəzərə almalıdırlar. Bir daha sürücülərə müraciət edərək diqqətli olmağa çağırırıq”, - deyə V.Əsədov bildirib.Oxu.az