Aktual / Xəbəriniz olsun!

SON DƏQİQƏ: Azərbaycan qırıcıları havaya qaldırıldı - NƏ BAŞ VERİR? / VİDEO

Banu. | 18-02-2021, 13:20
5 407 0

SON DƏQİQƏ: Azərbaycan qırıcıları havaya qaldırıldı - NƏ BAŞ VERİR? / VİDEO


Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edir.
Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatını da həyata keçirir.


redaktor.az