Aktual / Xəbəriniz olsun!

Son Dəqiqə: Əhaliyə bəd xəbər - Bunlar da bahalaşdı -Rəsmi

Banu. | 18-02-2021, 10:24
3 439 0


Paytaxt bazarlarında soğan, xiyar və pomidorun qiymətində artım müşahidə olunur.
Azadqadin.az Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusilə soğanın qiymətində bahalaşma var. 
Rusiyadan gətirilən soğanın 1 kiloqramı 1 manatdır. Əvvəl  soğanın qiyməti 30-50 qəpik civarında idi.
Keşlə bazarında pomidor və xiyarın qiymətində artım müşahidə edilir. Pomidor 2,50 AZN, xiyar isə 5 AZN-ə təklif olunur.
Satıcılar deyirlər ki, son zamanlar bu məhsulların topdan satış qiymətinin dəyişməsi bahalaşmaya səbəb olub.
8-ci kilometr bazarında isə satıcılar alıcı qıtlığından gileylənir. Bu bazarda qiymətlər nisbətən daha ucuzdur.