Aktual / Xəbəriniz olsun!

Bakıda əməliyyat - Evdən bu silahlar çxdı - FOTOLAR

Banu. | 26-01-2021, 18:50
69 0
Bakıda evdən xeyli narkotik və silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyindin Mətbuat Xidməti xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Zabrat qəsəbəsində yaşayan Azad Mirzəyevin evinə baxış zamanı oradan 28 qrama yaxın heroin, 20 qramdan artıq metamfetamin, 4 qrama yaxın tiryək, 1 ədəd “Mauzer” markalı tapança və 1 ədəd “AK-47” markalı təlim silahı patron darağı ilə birgə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.Publika.az