Aktual / Xəbəriniz olsun!

Sürücülər haqlıdır, yoxsa sərnişinlər?

Sevinc Fedai | 10-06-2012, 14:32
2 514 54


- Sərnişin: "Sürücülərə irad bildirən kimi deyirlər ki, bəyənmirsən taksiylə get”

- Sürücü: "Sərnişinlər avtobus şoferini heç it yerinə də qoymurlar"

Nəqliyyat Nazirliyi: “Baş verən qəzalar və bizə daxil olan şikayətlər də bunu göstərir”

Gündəlik həyat tərzimizdə istənilən ünvana çatmaq üçün avtobuslardan istifadə edirik. Bu məqamda da işə və ya başqa məkanlara tələsdiyimiz də çox olur, digər gərgin məqamlar da. Bu arada isə sürücülərin kobud rəftarları, avtobusda bir çox qaydalara riayət etməmələri, basabas, dayanacaqdan kənarda saxlamaqları və bir sıra bunun kimi hallar da insanları daha çox özündən çıxarır. Ancaq yenə də bu avtobuslardan istifadə etmək məcburiyyətindədirlər. Deməli, bu məsələnin bir həlli yolunu tapmaq lazımdır. Beləliklə, bu sayımızda müxtəlif tərəflərin fikirlərini öyrənməklə məsələyə aydınlıq gətirməyə çalışcağıq. Görək, kim haqlıdır, kim nahaq?

“Şoferlər elə cavab verirlər ki, adam söz dediyinə utanır”



Sərnişinlərin sürücülər barədə olan şikayətlərini öyrənmək üçün avtobus dayanacaqlarına yollandıq. Südabə adlı respondetimiz əvvəllər daha çox narazı olduğunu bildirdi: “Son zamanlarda şoferlərin kobudluqları azalıb. Elə çox şikayətim yoxdur, yavaş-yavaş qaydaya düşürlər. Amma belə halların olmasını da daha çox şəhərdə sıx nəqliyyatın olması və insanların hövsələsizliyi, gərginliyi, mədəniyyətdən kənarlaşmaları ilə bağlı olur. Daha çox sərnişinlərin mədəniyyətsizlikləri insanı narahat edir. Onlar da gərək davranışlarına fikir versinlər, özlərini cəmiyyət arasında aparmağı öyrənsinlər”.

Günəşli sakini olan Məqsəd dayı əsasən o sahə üzrə sərnişin avtobuslarından istifadə etdiyini və heç bir şikayətinin olmadığını, neçə illər bir dəfə belə halla qarşılaşdığını bildirdi. Görünür ki, həmin sahədə vəziyyət qənaətbəxşdir. Bəs görək digər sərnişinlər necə, razıdırlarmı?

Ancaq sonrakı fikirlər, təəssüf ki, heç də belə xoş olmadı: “Sürücülər avtobusda siqaret çəkirlər, zövqsüz musiqilərlə adamın baş-beynini aparırlar. Həmçinin, şoferlərin addımbaşı istədikləri yerdə avtobusu saxlamaları, yüksək sürətlə idarə etmələri, vaxtı uzatmaları də insanı narahat edir. Çalışıram onlarla polimikaya girməyim, çünki əksəriyyəti çox kobud olurlar”. Marşrut avtobuslarının 30%-inin belə olduğunu deyən Əli Səmədov əsasən, 170 və 30 nömrəli avtobuslardan istifadə etdiyini bildirdi.

“Çox kobuddurlar. Siqaret çəkmələri insanı çox əsəbləşdirir. Tüstü düz üztümüzə vurur

. Axı qapalı yerlərdə, nəqliyyat vasitələrində olmaz belə şey, uşaq var, böyük var…Bir söz də demək olmur. O dəqiqə insana sərt reaksiya verirlər. Elə qaba cavab verirlər ki, adam dediyinə də utanır. Axı biz hansı zəmanədə yaşayırıq?”,- deyə narazılığını bildirən Sevinc xanımın sanki ürəyi doluymuş. O deyir ki, istifadə etdiyi bütün avtobuslarda bu hallarla qarşılaşır: “Şəhər daxilində çox marşrutlardan istifadə edirəm, əsas da 46, 78 nömrəli, Xətaiyə gedən avtobuslardan. Demək olar ki, hamısı bu vəziyyətdədir. Həm də avtobuslar o qədər çirkli olur ki, adam hardansa əl tutmağa belə çəkinir. Mən bilmirəm, onlar qarajda saxlanıb yuyulmur, təmizlənmirmi? Hər yeri kirli olur. Moqnitofona da yüksəs səslə qulaq asırlar. Sürücünün xoşu gələ bilər, bəs sərnişinlər? Birdən dözməyib deyirəm ki, gərək sizə irad tutula, sonra nəsə edəsiz. Çoxusu baş qoşmur, cavab belə vermirlər. Nəzarətçilər isə təbii ki, onlara irad tutmayacaqlar. Çünki onlara çatan qəpik-quruşdan da məhrum olarlar ”.

Aidə xanım isə, əsasən sürücülürən avtobusa həddindən çox sərnişin yığaraq basabas yaratmağından və yenə də kobudluqlarından şikayətçi olduğunu bildirdi.

Rastlaşdığımız sərnişinlərin çoxu isə, bu barədə danışmağın faydasız olduğunu dedilər. Əksəriyyət isə, hər hansı qəzetə və ya məsələyə fikir söyləyə bilməyəcəyini dedilər. Görünür, cəmiyyətmiz hələ də “çəkingənlik” sindromundan taxa qurtara bilmir, eyni zamanda, narazılığını bildirməkdə çətinlik çəkir. Ona görə də, hələ bilinməyən bir çox problemlərin həll olunması uzun çəkər.

Sürücülər hansı sənədləri imzaladıqlarını belə bilmirlərmiş…

Növbə çatdı qarşı tərəfin fikrinə. Bu qədər sərnişin şikayətindən sonra bir də sürücülərin nə dediklərinə nəzər salaq. Yəqin ki, onların da özlərini müdafiə edəcək səbəblər, əsasları və təbii ki, sərnişinlərdən narazılıqları olacaq. Bu təxmin etmək heç də çətin deeyil. Beləliklə, 30 nömrəli avtobusun sürücüsü Kamran Qasımov əvvəlcə çəkinə-çəkinə ünvanladığımız suallara “Hə, yox” kimi cavablar verdi. Onlardan işə götürülərkən hansı sənədlər tələb olunduğunu soruşanda nəyəsə qol çəkdiklərini dedi: “Mən nə bilim, oxumamışam heç”. Burda artıq şərhə ehtiyac yoxdur, məncə. Daha sonra təlimatları yerinə yetirdiklərini təsdiqlədi. Ancaq bunun nə dərəcədə doğru olduğunu demək çətindir. Sürücü sərnişinlərin şikayətklərinə gəldikdə isə, heç də hamını bir tutmamağı dedi: “Olur ki, sürücülər də kobudluq edir. Amma elə sərnişinlərdə olur günah. Avtobus şoferini heç it yerinə də qoymurlar. Elə əmrlə danışırlar ki, əəə saxla, orda saxla-burda saxla”. Nə deyək axı…Sonda isə sürücü hər gün yoxlandıqlarını da təsdiqlədi.

Elə bu məqamda bayaqdan bəri axtardığımız nəzarətçiylə rastlaşdıq. Amma o bizi görcək elə qaçdı ki…Səbəb isə “Bir dəfə intervü verib, başı çox ağrıyıb…”

Digər sürücüylə söhbətimizi davam etdirdik. O da israrla sərnişinlərin haqszı olduğunu bildirdi: “Dəqiqəbaşı deyirlər saxla. 2 metr məsafə getməmiş saxla deyirlər. O da elə yerlərdə ki, orda saxlamaq mümkün olmur. Saxlamayanda da başlayırlar kobudluğa”. 78 nömrəli marşrut avtobsunun sürücüsü də təlimatlara diqqət yetirildiyini, hətta bu gün üzü tüklü və iş köynəyi çirkli olduğu üçün iş günündən azad olunduğunu dedi. Beləliklə, qarşı tərəfin də fikrini öyrəndik. Bəllidir ki, hər iki tərəfin dediklərində həqiqət var. Ən azından gündəlik müşahidələrimizdə bunu görürük.

“Buna görə yüzlərlə sürücü cəzalandırılıb ”



Sürücülərin qayda pozuntularına münasibət bildirən Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə qeyd edir ki, bütün bu məsələlər əslində qanunla tənzimlənir. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu var. Xatırladaq ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Eyni zamanda, bu sahədə dövlət orqanları, daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tən­zimləyir.

Namiq Həsənovun sözlərinə görə, Qanunun maddələri ilə həm sürücülərin vəzifələri, həm də onların üzərinə düşən məsuliyyət müəyyənləşdirilir: “Qanunda 3 ildən az təcrübəsi olan sürücülərin avtobus sürməsi məsələsi də yer tutub. Həmçinin, D kateqoriyası olmadan avtobusu idarə etməyə toxunulub. Yəni bizim sərnişin nəqliyyatının əməkdaşları tərəfindən monitorinqlər, qeydlər aparılır. Belə hallar, yəni sürücülük vəsiqəsi olmayan sürücülər, D kateqoriyası olmayan şoferlər aşkarlananda onlara qarşı müvafiq tədbirlər görülür. Ancaq elə olub ki, onlarla, yüzlərlə sürücüyə müəyyən protokollar tətbiq olunub, cəzalandırılıb. Belə halların kəskin şəkildə azaldılması üçün monitorinqlərimiz davam etdirilir. Əvvəlkinə nisbətən yüksək sürətlə idarə olunma halları azalıb. Ancaq yenə təhlükəsizlik qaydalarının pozulması, sərnişinlərin narahat edilməsi kimi məqamlar mövcuddur. Reydlər zamanı bununla qarşılaşılır və onlarla bağlı tədbirlər görülür. Hüquq məcəlləsinə görə, müəyyən cəzalara tətbiq olur, hətta işdən azad edilməyə qədər gedə bilir. Həmçinin, sahibkarlarla danışıqlar aparılır. Sürücülər də işə götürülən zaman müqavilə imzalayırlar. Bu müqavilə əsasında işlər həyata keçirilir. Belə ki, Nazirliyin qoyduğu tələblər, şərtlər yerinə yetirilməlidir”.

“Hər yoldan ötəni sürücü götürmək olmaz”



Mətbuat rəhbərindən sürücülərin işə götürülərkən psixoloji və sağlamlıq durumları ilə nə dərəcədə maraqlanmaları və bunun üçün arayış tələb etmələri barədə soruşduq. O isə bildirir ki, bu şərt həm avtobus, həm də taksi sürücülərinə bu tətbiq olunur: “Həmçinin, Narkoloji dispanserdən də sənəd tələb olunur, həmçinin tibbi arayış. İşə götürülərkən bəzən bu qaydalar sahibkarlar tərəfindən pozulur. Çünki sahibkarla sürücü arasında müqavilə bağlanır. Yəni, bu proses Nazirlik tərəfindən həyata keçirilmir. Ona görə də, biz sahibkarları dəfələrlə çağırmışıq ki, bu məsələlərdə diqqətli olsunlar. Hər yoldan ötəni sürücü götürmək olmaz. Hər halda bu istiqamətdə işlər davam etdirilir və irəliləyiş də müşahidə olunur. Amma yenə də sərnişinlərlə problem halları, qayda pozuntuları olur. Baş verən qəzalar və bizə daxil olan şikayətlər də bunu göstərir”. Müsahibimiz bütün bunlarla bağlı mübarizə aparıldığını və rejimi gücləndirdiklərini bildirdi.

Qayda pozuntularına rüşvət səbəb olurmu?



Həmsöhbətmiz rüşvət məsələsində konkret bir şey deyə bilməyəcini dedi: “Amma hər halda o normalar sahiblarlarla sürücülər arasında iş prosesi əsasında pozulmuş olur. Bəzən isə, heç sahibkarda günah olmur. Bir də görürsən ki, sürücü gedir nahar etməyə. Sükanı verir başqasına. Onun da nə sürücülük vəsiqəsi olur, nə avtobus idarə etmək təcrübəsi olur. Belə adamlara sükan etibar etmək qorxuludur. Bu, sürücünün günahıdır”.

Sevinc Fədai


ESMERRi | 21 mart 2016 12:35 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: N....N92
Xəbər üçün təşəkkür
N....N92 | 1 dekabr 2014 17:08 | Status: Professional user | Şərh: 4 351
Xəbər üçün təşəkkür
Gulshen. | 18 fevral 2014 08:47 | Status: Qonaq | Şərh: 0
Mende cox rast gelmisem bele seylere
NURLU | 2 iyul 2013 07:46 | Status: Professional user | Şərh: 5 552
HER 2 SIDE HAQLIDIR
ayruska | 22 may 2013 21:40 | Status: Professional user | Şərh: 3 978
HER KES OZUNE GORE HAQLIDI
Gozel Melek | 7 mart 2013 10:35 | Status: Gümüş user | Şərh: 1 531
her ikisi haklidi mence
cucem. | 29 sentyabr 2012 19:22 | Status: Professional user | Şərh: 4 415
HER 2 SIDE HAQLIDIR
azeri_oglu | 2 sentyabr 2012 23:11 | Status: Gümüş user | Şərh: 2 243
dehwetdi
MELAYKA | 1 sentyabr 2012 20:37 | Status: VİP user | Şərh: 600
men yol polisine yaxalanmisam bir defe yeralti kecidden istifade etmediyime gore cerimelenmisem.ondan sora hemiwe kecidden kecirem en azi ozume gore.
P.S | 28 avqust 2012 14:04 | Status: VİP user | Şərh: 995
her ikisi haklidi mence