Aktual / Xəbəriniz olsun!

Azərbaycanda yanvar ayından sonra toyların keçirilməsinə icazə verilir? - Axırki, AÇIQLAMA gəldi !

Banu. | 28-11-2020, 11:51
7 101 0
Azərbaycanda koronavirus pandemiyasına görə 1 ilə yaxındır ki, toyların keçirilməsinə qadağa qoyulub. Təəssüf ki, pandemiya son iki ayda daha da şiddətlənib. Azərbaycanda yoluxanların sayı 4000-nə yaxınlaşır. Hətta bu pandemiyanın daha 2 il çəkəcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu gün hər kəsi maraqlandıran sual toylara qoyulan qadağanın nə vaxta qədər çəkəcəyidir. Bəzi müətəxəssislər yanvar ayından sonra virusun səngiyəcəyini söyləyirlər. Belə ola halda Azərbaycanda yanvar ayından sonra toyların keçirilməsinə icazə verilə bilərmi?

Azerforum.com bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, pandemiyadan əvvəl toylarda kütləvilik və israfçılıq açıq müşahidə olunurdu:
"Pandemiya dövründə toylar keçirilmədi və tamamilə dayandırıldı. Pandemiya ilə bağlı müxtəlif proqnozlar var. Ekspertlər, bu pademiyanın bir müddət davam edəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Artıq vaksinin tapılması ilə bağlı da fikirlər var. Ola bilər ki, yanvar ayından sonra virus səngiyə bilsin. Hətta bir çox gənclərimiz rəsmi nikaha girərək geniş toy məclisi qurmadan ailə qururlar. Bir ilə yaxındır ki, ölkəmizdə toyların keçirilməsi pandemiyaya görə dayandırılıb.

Yəqin ki, yaxın günlərdə bu məsələyə son qoyulacaq. Virus səngidikdən sonra toyların təşkil edilməsi məsələsinə baxmaq lazımdır. Hesab edirəm ki, toyda ən yaxın və doğma insanları iştirak etməlidir.

Amma 1000-2000 insanla toyların keçirilməsi məsələsinə baxılmalıdır. İsrafçılıqla bağlı məsələ narahat edir.İnsanlarımızı da anlayıram. İstəyirlər ki, xoş günlərində bütün yaxınlarını və dostlarını dəvət etsinlər". Amma qaydalara uyğun davranılmalıdır

Deputat vurğulayıb ki, pandemiya bu aralar şiddətlənib:

"Getdikcə yoluxma ehtimalı çoxalıb. Dövlət sərtləşmə ilə bağlı müəyyən qərarlar verir. Biz bilmirik ki, bu pandemiya nə qədər çəkəcək. Gələcəkdə demoqrafik problemlərin yaranmaması üçün virus səngiyərsə müəyyən çərçivədə karantin qaydalarına uyğun olaraq yanvar ayından sonra toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxıla bilər. Düşünürəm ki, çox gözləməyə də ehtiyac yoxdur. Qoyulan şərtləri gözləməklə insanlarımız ailə qura bilərlər.

Bu aralar bizdə yoluxma sayında çox ciddi artım müşahidə olundu. Gələcəkdə ola bilər ki, toyların keçirilməsi ilə bağlı normaların və qaydaların müəyyənləşdirilməsi nəzərdə keçirilsin. Çünki hələ heç kim dəqiq bilmir ki, bu pandemiya nə zaman bitəcək.Bəzi ekspertlər bu pandemiyanın 2023-cü ilə qədər çəkəcəyi ehtimalının olduğunu bildirir. Müəyyən qaydalar müəyyənləşərək toyların keçirilməsinə icazə verilməsi məsələsi gündəmdə ola bilər. Çünki uzun müddət oturub gözləmək sonrakı dövrlərdə demoqrafiq problemlər yarada bilər".

Aysel Yusifqızı