Aktual / Xəbəriniz olsun!

Azərbaycanda güclü partlayış: Yaralı var

Banu. | 24-11-2020, 10:12
6 104 0
Bu gün səhər saat 07 radələrində Şəkinin Çeşməli kəndində, kənd sakini Ağabəy Əsədullah oğlu Ağayevə məxsus, ümumi sahəsi 110 kv/m olan olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində qaz sızmasından partlayış baş verib. 
Partlayış nəticəsində evin qapı-pəncərəsi dağılıb, evdə yanğın baş verib. 
Partlayış zamanı 1967-ci il təvəllüdlü Fəridə Hacıxan qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona üzün, yuxarı və aşağı ətrafların 2-3A dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. 
Faktla bağlı araşdırma aparılır. Oxu24.com