Aktual / Xəbəriniz olsun!

ABŞ-da türk restoranını dağıdan 22 yaşlı erməni tutuldu - VİDEO

Aynur_Qurbanqizi | 13-11-2020, 15:51
432 0

ABŞ-ın Los-Anceles şəhərində türk restoranına hücum edən erməni qrupun üzvü saxlanılıb.

Bu barədə Beverly Hills polis şöbəsi məlumat yayıb. Bildirilib ki, 22 yaşlı Uilyam Stepanyan Qlendeyl şəhərinin yaxınlığında polis tərəfindən saxlanılıb.
O, nifrət, oğurluq, özəl mülkə təcavüz, talançılıqda ittiham olunur.
Stepanyan 16 noyabrda hakim qarşısına çıxacaq.
Polisdən bildirilib ki, hücumun digər iştirakçıları da axtarılır.