Aktual / Xəbəriniz olsun!

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, sentyabrın 21-də...- RƏSMİ

Banu. | 20-09-2020, 21:55
5 452 0
Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  22-25, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz  olacaq. 

Sentyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-20, gündüz 25-28, dağlarda gecə 8-13, gündüz  15-18 dərəcə  isti olacaq.