Aktual / Xəbəriniz olsun!

Qadın ata-anasını döyən qardaşını tüfənglə öldürdü

Banu. | 20-09-2020, 21:22
119 0
Türkiyənin Bursa şəhərində ailə münaqişəsi zəminində qətl hadisəsi törədilib.

.Bursanın Gemlik rayonunda 30 yaşlı Hasan Ali Y. ata-anasını otaqda kilibləyib və döyüb. Bacı 40 yaşlı Gülderen Y. qardaşına mane olmaq istəsə də, bacarmayıb. Bu zaman mübahisə daha da qızışıb və Gülderen Y. qardaşına tüfənglə atəş açıb.

Yaralı Hasan Ali Y. xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Gülseren Y. həbs edilib.

Faktla bağlı araşdırma başladılıb.(oxu)