Aktual / Xəbəriniz olsun!

Gələn həftədən bu qaydalarla "Mall"lar açıla bilər - AÇIQLAMA

Banu. | 19-09-2020, 15:07
121 0
Azərbaycanda bir neçə aydır ki, koronavirus pandemiyasına görə iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyətinə icazə verilmir. Qeyd edək son həftələr karantin rejimində mərhələli şəkildə yumşalmalar aparılır. Növbəti həftə karantin rejimindəki yumşalmanın iri ticarət mərkəzlərinə və "Mall"lara şamil edilməsi gözlənilir.
Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, may ayında iri ticarət mərkəzləri və "Mall"ar açıldı:
"O zaman qaydalar müəyyənləşmişdi, yəni maskasız "Mall"lara giriş qadağan, amma spirt və temperaturun ölçülməsi yox idi.
Çünki orada kütləvilik daha çoxdur. Belə ki, bir dəfəyə 10-15 nəfər daxil ola bilir. Bu gün orta məktəblərdə tədbiq edilən qaydaları "Mall"lara da tətbiq etmək olar. Belə ki, girişdə insanların temperaturu ölçülüb, əşyaları dezinfeksiya olunduqdan sonra içəri buraxmaq olar. Əslində bunu yoxlama tədbiri kimi qiymətləndirmək olar.Təbii ki, hərarəti olan insan barəsində də tədbir görmək lazımdır. "Mall"larda temperatur ölçülməli, sosial məsafə qorunmalı və dezinfeksiya məhlularından istifadə olunmalıdır.
Ən önəmlisi isə qrup halında "Mall"lara girişə icazə verilməsin. Yəni bir dəfəyə 10 nəfərin içəriyə girməsinə qadağa qoyulsun. Girişdə 3-5 nəfərdən çox adam içəri buraxılmasın. Belə qaydalarla "Mall"ları açmaq olar. Əlbəttə "Mall"ların içərisinə sayla insanlar içəri buraxılmalıdır. "Mall"lardakı mağazalarda 3-4 satıcı işləyir. Onlardan biri qapıda dayansın və insanların sayını nizamlasın. Yəni bir dəfəyə 5-6 nəfərdən çox insanın daxil olmasına icazə verilməsin. Eyni vaxtda 20 nəfər içəridə olmasın. Burada məqsəd kütləviliyin qarşısını alaraq yoluxmanın artmasını əngəlləməkdir".Big.az