Aktual / Xəbəriniz olsun!

Bu COVID-19 dərmanları apteklərdə satılacaq

Banu. | 18-09-2020, 18:45
229 0
Bu COVID-19 dərmanları apteklərdə satılacaqRusiyada 2 koronavirus dərmanının apteklərdə satışına start verilib.


Verilen məlumata görə, bu barədə "R-Farm"ın mətbuat xidmətindən RBK qəzetinə bildirilib.

"Koronavir" (R-Farm şirkəti) və "Areplivir" (Promomed şirkəti) dərmanları xəstəliyi yüngül və ya orta dərəcədə keçirən infeksiya daşıyıcıları üçün nəzərdə tutulub. Firma təmsilçiləri preparatların COVID-19 xəstəliyi səbəbilə xəstənin bədənində komplikasiya yaranması riskini minimuma endirdiyini bildirir.

Aparılan sınaqlarda dərmanların koronavirus xəstələrini 7 gün içində yaxşılaşdırdığı məlum olub. publika.az