Aktual / Xəbəriniz olsun!

Cinsi əlaqədə olmağın FAYDALARI AÇIQLANDI

Banu. | 10-09-2020, 20:55
13 466 0
Seksoloq və qadın-kişi münasibətləri üzrə mütəxəssis Keyt Teylor müntəzəm cinsi əlaqədə olmağın faydalarını açıqlayıb.

O, cinsi əlaqədə olmağın insanın sağlamlığı və ruhi vəziyyətinə müsbət təsir göstərdiyini bildirir.

Teylor 2004-cü ildə aparılan araşdırmaya əsasən qeyd edir ki, həftədə azı üç dəfə cinsi əlaqədə olan insanların immun sistemi daha güclü ölur.

Bundan əlavə, cinsi əlaqə zamanı bədəndə əhval-ruhiyyəni artıran "sevinc hormonları" hesab olunan endorfin, oksitosin və dofamin istehsal olunur. Bu səbəbdən də stabil cinsi münasibətlər depressiya riskini azaldır.

Seksoloqun sözlərinə əsasən, 2016-cı ildə aparılan araşdırma cinsi əlaqənin yuxusuzluğu aradan qaldırdığını, eləcə də yuxu keyfiyyətini və müddətini yaxşılaşdırdığını sübut edib.

Müntəzəm intim münasibətlər bütün bədən əzələlərini gücləndirir, baş ağrısı və digər ağrıların öhdəsindən gəlməyə kömək edir.

Teylor vurğulayır ki, aktiv cinsi həyat prostat xərçəngi və ürək xəstəliklərindən ölüm riskini azaldır və qan təzyiqini aşağı salır.

Daha öncə isə ABŞ-ın Sent-Luis şəhərindəki Vaşinqton Araşdırma Universitetinin alimləri cinsi aktivliyin vaxtından əvvəl ölüm riskini və ürək xəstəliklərindən ölmə ehtimalını 21% azaltdığını aşkarlayıblar. Big.az