Aktual / Xəbəriniz olsun!

Göz önündə uçuşan qara nöqtələr nədən xəbər verir?

Banu. | 17-10-2020, 07:00
1 042 0
Gözlərin önündə qara nöqtələrin uçuşduğunu deyən çoxlu sayda insan var. Bəzilərində bu, bəzi hallarda, bir çoxlarında isə daimi müşahidə olunur. Adətən bu hal qanazlığı, boyun fəqərələrində olan osteoxondroz, eləcə də beyin problemləri ilə əlaqləndirilir. Bu nöqtələr əslində nədən yaranır? Bu hal nə dərəcədə qorxuludur?

Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Rəfadar Xəlilov isə gözlərinin önündə uçan nöqtələrdən narazılıq edən pasiyentləri şikayətlərinin əsasən bu formalarda olduğunu bildirib:
1."Xeyli vaxtdır ki, var".
2."Əvvəl də var idi, amma son zamanlar artıb, üstəlik yapışaraq böyüyür".
3."Belə bir şey hiss etməmişdim. Anidən oldu".

Həkim bildirib ki, müayinə nəticəsində nöqtələrin yaranma səbəbinin patoloji, yoxsa fizioloji olduğu müəyyən edilir. Əgər patolojidirsə, artıq bir terapevtlə bərabər ortaq müalicəyə başlanılır. Onun sözlərinə görə, bu, əksər hallarda fizioloji olur. Yəni nəsə etməyə, tədbir görməyə ehtiyac qalmır.

Oftalmoloq bildirib ki, belə halda pasiyentlərə tövsiyə olunur ki, mümkün qədər o nöqtələrə fikir verməsinlər. Zamanla beyin o görüntünü unutmuş olur. (e-tibb.az)