Aktual / Xəbəriniz olsun!

Kişi ölümündən üç il sonra ATA OLDU - FOTO

Banu. | 13-08-2020, 21:17
2 331 0
İngiltərənin Bristol şəhərinin sakini, 37 yaşlı Lüsi Kelsoll üç il öncə vəfat edən ərindən hamilə qalıb.
Bu barədə "Daily Mail" yazır.
2012-ci ildə ailə quran Lüsi və Devid Kelsol cütlüyünün uşaq sahibi olmaq cəhdləri evliliyin ilk günlərindən uğursuz olub.
İki il sonra Devidə qorxunc diaqnoz qoyulub - laringeal xərçəng (boğaz xərçəngi). O zaman hər ikisi gələcəkdə Devid ölmüş olsa, Lüsinin ekstrakorporal mayalanma (EKM) vasitəsi ilə hamilə qala bilməsi üçün embrionları dondurmaq qərarına gəliblər.
2017-ci ildə Devid dünyasını dəyişib. Ölümündən bir neçə gün öncə Lüsi onun üçün övlad dünyaya gətirəcəyini vəd edib.Sonxeber.az