Aktual / Xəbəriniz olsun!

Azərbaycanda ümumi karantin rejimi sentyabrın 15-də bitə bilərmi? - Sevindirici AÇIQLAMA

Banu. | 10-08-2020, 12:10
5 104 0

Xəbər verdiyimiz kimi avqustun 9-da koronavirusa yoluxanların sayı 87 nəfərə enib. 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Azalma dinamikası belə davam edərsə Azərbaycanda ümumi karantin rejimi sentyabrın 15-də bitə bilərmi?
Bununla bağlı danışan deputat İlham Məmmədov bildirib ki, yoluxanların 87-yə düşməsi bizi iki qat məsuliyyətli olmağa vadar etdi:
"Yoluxanların sayında azalamanın əldə edilməsi hesab edirəm ki, sərt karantin rejimi zamanı atılan addımların nəticəsidir. Bəzən insanlarımız sərt karantin rejiminin vacib olmasını anlamırdı. Hesab edirdilər ki, bu qadağaların edilməsi vacib deyil. Ancaq zaman göstərdi ki, sərt karantin rejiminin vaxtında tədbiq edilməsi yoluxmaların sayını azlamağa gətirib çıxardı. Sərt karantin rejimi ölkəmizdə hüquq və azadlıqların,sosial-iqtisadi vəziyyətin tam tənzimlənməsi fonunda aparıldı. Biz bəzi ölkələrlə müqayisə etsək görərik ki, orada sərt karantin rejimi olduqca kəskin aparıldı. Müəyyən sahələrdə insanlara güzəştlərin olmamasına şahidi olduq. Hətta bəzi yerlərdə etirazlar oldu".sonxeber