Aktual / Xəbəriniz olsun!

Tibb bacısı bu ölkənin qəhrəmanına çevrildi - 3 körpəni...

Banu. | 8-08-2020, 15:22
154 0
Beyrutda hava limanında baş verən partlayış zamanı Al Roum xəstəxanası ciddi zərər görüb.
Azadqadin.az Sonxeber.az-a istinadən xəbər verir ki, Al Roum Xəstəxanasında çalışan tibb bacısı yeni doğulan 3 körpəni ölümdən xilas edərək ölkənin qəhrəmanına çevrilib.
Belə ki, partlayış olan ərzinin 2 kilometr yaxınlığında yerləşən xəstəxanada tibb bacısı yeni doğulan 3 körpəni qucağına alaraq sağ-salamat çölə çıxmağı bacarıb.
Tibb bacısının körpələri xilas edərək çölə çıxma anının görüntüləri CNN-in Bilal adlı foto muxbiri tərəfindən çəkilib.
Qeyd edək ki, partayış zamanı xəstəxanada 18 nəfər dünyasını dəyişib. Ölənlərin 4-ü tibb bacısıdır.