Aktual / Xəbəriniz olsun!

SON DƏQİQƏ! Koronavirusdan sağalanların sayı REKORD dərəcədə - Karantin rejimi ləğv olunur?

Banu. | 7-08-2020, 16:50
4 519 0
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. 
İndiyədək ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, 3 197 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.
Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edən Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə üzrə karantin rejiminin avqustun 31-dək uzadılması barədə qərar qəbul edib. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq respublikanın 13 şəhər və rayonunda sərt karantin rejimi də həmin tarixə qədər artırılıb. Bununla belə, bəzi yumşaldılmalar barədə də qərar verilib. SMS-lə icazənin ləğv edilməsi, çimərliklərdən istifadəyə icazə verilməsi və s. buraya daxildir.
Azerforum.com buldirir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Vüqar İsgəndərov qarşıdakı günlərdə yoluxmaların sayında azalma davamlı olarsa, digər yumşaldılma tədbirlərinin də görülə biləcəyini bildirib:  
 
 
 
"Yeri gəlmişkən, avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videoformatda müşavirədəki çıxışında Baş nazir Əli Əsədov da bu məqama xüsusi toxunub. Qeyd olunub ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Bu, insanları arxayın salmamalıdır. Yəni, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir.
 
Həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə lazım olan bütün təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək”.