Aktual / Xəbəriniz olsun!

"Baldızım məni dar geyinməyə qoymurdu" - Roza Zərgərli

Banu. | 5-08-2020, 21:57
960 0
Müğənni Roza Zərgərli ARB TV-də yayımlanan "Söhbət var" verilişində qonaq olub.

Veriliş zamanı müğənni bir sıra açıqlamaları ilə gündəmə gəlib. Belə ki, sənətçi əvvəlcə onu qeyd edib ki, oğluna sentyabr ayında nişan edəcək. Daha sonra isə baldızı ilə münasibətlərindən danışıb:

"Yekə-yekə danışmağıma baxmayın, olub ki, baldızım məni dar geyinməyə qoymayıb mən də geyinməmişəm. Hər bir baldız hansısa evin bir qızıdır. İnşallah sentyabrda oğlumu nişanlıyıram. Gəlinimlə artıq mən rəfiqəyəm. Mənə ana deyir, oğlum qalıb qırağda. Qızım deyir, ana oğlun fikrin dəyişsə sən bu qızı neyniyəcəksən?! Hər bir qadın pis qayınana, pis baldız görübsə o yaxşı olmalıdır. Yaxşı ola-ola getsə vallah pislər qalmaz. Bir də alma ağacını sevməlisən çünki onun almasını yeyirsən".Big.az