Aktual / Xəbəriniz olsun!

SON DƏQİQƏ! Bakıda sakinlər etiraz edir - VİDEO

Banu. | 4-08-2020, 09:26
10 980 0
Nəsimi rayonu, Abbas Səhhət küçəsinin  sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər. 
Azadqadin.az bildirir ki, BAXAR.AZ-a danışan sakinlər , adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər. Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir.
Sakinlər bildirirlər ki, tikinti şirkətinin əməkdaşları kompensasiya ödəməkdən də boyun qaçırırlar. Həmçinin,onların heç bir hüquqi sənədinin olmadığı da bildirirlər.
Sakinlər qeyd edir ki, 1 həftəyə evlərini tərk etmələri ilə bağlı onlara təzyiqlər olunur.