Aktual / Xəbəriniz olsun!

Səhərin BƏD xəbəri - Bu da bahalaşdı...

Banu. | 27-07-2020, 11:50
6 528 0
Beynəlxalq bazarlarda və Türkiyədə qızıl qiymətləri bu gün rekord həddə çatıb. Beynəlxalq birja bazarında qızılın bir unsiyasının qiyməti 2011-ci ildəki 1 min 921 dollar - tarixi zirvəni üstələyərək 1 944 dollara çatıb.
Bazarda qızılın unsiya qiyməti 1 yanvar 2020-ci ildə 1517 dollar, 19 mart 2020-ci ildə isə 1471 dollar olub. 
Türkiyədə bir qram qızıl qiymətləri 426 TL ilə ən yüksək səviyyəyə çatıb. İlin əvvəlində qram qızıl 290 TL idi. 7 aylıq artım 47 faiz olub.
Mərkəzi bankların pandemiklərə qarşı həyata keçirdiyi aqressiv pul genişləndirmə siyasəti də qızılın bahalaşmasında rol oynayıb. 
Dollar ucuzlaşdıqca qızıl bahalaşdı
Dolların kəskin ucuzlaşması və qlobal iqtisadiyyatla bağlı narahatlıqlar qızılın sürətli bahalaşmasına səbəb olub.FED.az