Aktual / Xəbəriniz olsun!

Bəxtə bax, bəxtə! 15 il əvvəl gördüyü yuxu qadını varlandırdı

Banu. | 20-09-2020, 10:30
746 0
Avstraliyanın Redlands şəhərinin (Kuinsland ştatı) sakini 15 il əvvəl yuxusunda gördüyü rəqəmlər sayəsində lotereya cekpotunu udub.
Avstraliyalı qadın 2005-ci ildə yuxusunda gördüyü rəqəmlərin ardıcıllığını lotereya oynarkən istifadə edib.
"Mən onların bir-birinin ardınca necə peyda olduğunu gördüm və o vaxtdan etibarən onları lotereya biletlərinə eyni qaydada yazıram", - o bildirib.
Bu illər ərzində yuxusunda gördüyü rəqəmlər ona kiçik miqdarda pul gətirib. Qadın növbəti dəfə bu rəqəmləri iyulun 6-da aldığı lotereya biletinə yazıb. Nəticədə o, 700 min Avstraliya dolları (826 min manat) qazanıb.
"Mən həmişə ailəmə kömək etmək istəmişəm və indi bunu edə bilərəm. Təqaüdə planlaşdırdığımdan əvvəl çıxacağam", - o qeyd edib.Sonxeber.az