Aktual / Xəbəriniz olsun!

"Ərim öləndə mənə deyirdi ki, sağ əlin başıma"

Banu. | 9-07-2020, 20:12
163 0
"Elə bir veriliş yoxdur ki ağlamayım. Həyat yoldaşım dünyasını dəyişəndən beləyəm".
Bu sözləri qarmon ifaçısı Gülbahar Şükürlü "7 canlı" verilişində qonaq olarkən deyib. Musiqiçi qatıldığı bütün efirlərdə ağlamağını qınayıb. O bildirib ki, Zahidin dünyasını dəyişməsindən bir ildən çox vaxt keçsə də, unuda bilmir:
"Efirə gələndə evdə deyirlər ki, ağlama. Ona görə həzin mahnı da oxumuram. Bəzən deyirlər, varlığım filankəsi yandırır. İnsan gərək varlığı ilə kimisə sevindirsin, yoxluğu ilə yandırsın. Həyat davam edir, amma mənimki yox. Həyat həyat yoldaşı olanlar üçün davam edir.
Valideynlərimin yasında görürdü ki ağlayıram, çağırırdı çölə başlayırdı sakitləşdirirdi. Ürəyimi almaq üçün hər şey edirdi.
Təsəvvür edin, yasda bəzi adamlar mənə dedi ki, sağ əlin mənim başıma. Görün ər onu necə incidirsə, elə deyir".Sonxeber.az