Aktual / Xəbəriniz olsun!

Ailə qurduqdan sonra sosial şəbəkədən imtina edən azərbaycanlı holdinq rəhbərinin qızı - FOTOLAR

Banu. | 8-07-2020, 11:10
362 0
"İşte benim stilim" moda layihəsində iştirakından sonra məşhurlaşan Sima Şərafəddinova sosial şəbəkə istifadəsindən imtina edib.

ABŞ-da aerobatika məşğələləri zamanı həyat yoldaşı ilə tanış olan Sima uzun müddətdir ki, instaqram hesabında paylaşım etmir.

Qeyd edək ki, Şərafətdinova amerikalı pilota ərə gedib.Cütlük 2019-cu ilin yanvarında ailə həyatı qurub. Sima Şərafətdinova öz model karyerasına 15 yaşında başlayıb və yerli model müsabiqələrinin birində "Azərbaycan gözəli" seçilib.

Xatırldaq ki, Simanın atası iş adamıdır, o holdinq rəhbəridir. Big.az