Aktual / Xəbəriniz olsun!

Polis mikroavtobusu saxladı: 14 nəfərlik marşrutdan 42 sərnişin düşdü - FOTO

Banu. | 8-07-2020, 10:50
130 0
Türkiyənin Esenyurt bölgəsində polis yeni növ koronavirus infeksiyası ilə mübarizədə əsas məsələlərdən olan sosial məsafə qaydalarına əməl etməyən nəqliyyat vasitələrinə qarşı reyd edib.
Polislərin saxladıqları tutumu 14 sərnişin olan mikroavtobusdan 42 sərnişin çıxıb.
Reyd zamanı saxlanılan digər nəqliyyat vasitələrindən 12 nəfərlik mikroavtobusda 24 sərnişinin, başqa birində isə 19 sərnişinin daşındığı aşkar edilib.
Sürücülərə qanuna zid əməllərinə görə 3 min 254 TL (Təxminən 805 manat) məbləğində cərimə tətbiq edilib.Milli.az