Aktual / Xəbəriniz olsun!

Azərbaycanda qadın sürücü dəhşətli qəza törətdi - ÖLƏNLƏR VAR/VİDEO

Banu. | 7-07-2020, 17:24
249 0
İyulun 6-da saat 23 radələrində Sabirabad rayonunda ağır yol qəzası baş verib.
 Daxili İşlər Nazirliyi xəbər verir ki, Qalağayın kəndi ərazisində şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “Toyota” və İmişli rayon sakini R.Xudiyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.
Nəticədə N.Məmmədova və sərnişini Azər Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.Publika.az