Aktual / Xəbəriniz olsun!

Koronavirusa yoluxan hamilə qadın doğuşdan bir neçə dəqiqə sonra öldü - FOTO

Banu. | 3-07-2020, 23:18
208 0
Əkiz uşaq dünyaya gətirən 24 yaşlı qadın doğuşdan bir neçə dəqiqə sonra ölüb.

Onun ölümünə koronavirus infeksiyasının səbəb olduğu deyilir. Belə ki, iyun ayının 12-də qadından götürülən koronavirus test analizinin nəticəsi müsbət çıxıb. Qadın iyun ayının 27-də dünyasını dəyişib.

Dəhşətli hadisə koronavirusun tüğyan elədiyi Braziliyada baş verib. Braziliyanın Sao Paulo əyalətinin Botucatu şəhərindəki özəl xəstəxanaların birinə yatırılan 24 yaşlı Larissa Blanconun doğuşdan sonra həyatını xilas etmək mümkün olmayıb.

24 yaşlı Larissa Braziliyada koronavirusdan ölən 61 min insandan biridir. Onun övladlarının vəziyyəti barədə məlumat qeyd olunmayıb.

Qeyd edək ki, Braziliyada bu vaxta qədər karantin rejimi tətbiq olunmayıb. Bu ölkədə milyon yarım insan koronavirusa yoluxub, 62 minə yaxın insan bu virus səbəbindən dünyasını dəyişib. Milli.az