Aktual / Xəbəriniz olsun!

Bəy öz toyunda 80 nəfəri koronavirusa yoluxdurdu - 2 gün sonra öldü

Banu. | 3-07-2020, 23:09
619 0
Koronavirusa yoluxan bəy öz toyundan iki gün sonra öldü.

Hindistanda bəy öz toy mərasimində 80 qonağı koronavirusa yoluxdurub. Əslində ölkədə toy mərasimləri virusun yayılmasının qarşısını almaq məqsədi ilə qadağan edilib. Ancaq Paliqanc şəhərindəki gəncin ailəsi hökumətin bu qərarını qulaqardı edib. Ailə heç öz övladlarının da xəbərdarlıqlarına qulaq asmayıb.

İxtisasca mühəndis proqramist olan gənc hələ may ayından özünü pis hiss etməyə başlayıb. Gün keçdikcə 30 yaşlı şəxsin vəziyyəti daha da pisləşib. Koronavirusun bütün əlamətləri onda müşahidə edilib. O ailəsindən toyu təxirə salmalarını istəyib. Ailə gəlinin yaxınları ilə məsləhətləşəndən sonra ona rədd cavabı veriblər. Mərasim üçün pul ödənildiyi üçün toy baş tutub.

Gizli keçirilən toya 300 qonaq toplaşıb. Əyləncədən iki gün sonra bəy ölüb. Onun meyiti tez yandırılıb. Lakin bir neçə gün sonra toydakı qonaqlarda da eyni əlamətlər baş qaldırıb.

Şəhər rəhbərliyi qonaqları testdən keçirəndən sonra mərasimə qatılan 80 nəfərin diaqnozu təsdiqlənib. Big.az