Aktual / Xəbəriniz olsun!

"Şimali Koreyaya virus daxil ola bilməyib" – Kim Çen İn

Banu. | 3-07-2020, 14:10
406 0
Şimali Koreya lideri Kim Çen İn ölkəsində koronavirusun olmadığını bəyan edib.
Kim Çen İn hakim Fəhlə Partiyasının Siyasi Bürosu sayəsində koronavirusun ölkəyə daxil ola bilmədiyini açıqlayıb.
Ölkə rəhbəri “təhlükəli virusun yayılmasının qarşısı alınıb və qlobal sağlamlıq böhranına baxmayaraq, ölkədə sabit epidemioloji vəziyyət qorunub saxlanılır. Vətəndaşları mümkün qədər diqqətli olmağa və epidemiyanın qarşısını alınmağa yönəlmiş tədbirləri zəiflətməməyə çağırıram” açıqlamasını verib.
O, həmçinin özünün uzaqgörən siyasəti və vətəndaşların göstərişlərə əməl etməsi sayəsində buna nail olduqlarını bildirib. Big.az