Aktual / Xəbəriniz olsun!

Azərbaycanlı məşhurun ailəsində XOŞ GÜN - FOTO

Banu. | 1-07-2020, 20:29
102 0
Tanınmış videoqraf Cəlal Kəngərlinin ailəsində xoş gündür.
Bu gün videoqrafın oğlunu MirTeymurun bir yaşı tamam olur. Kəngərli bu mansibətlə övladını elə təbrik edib:
"Bu gün Möcüzəmizin doğulduğundan artıq 1 il ötür. Hər dəqiqəsi, hər saatı dəyərli 1 il!
Bilirəm,indi sənin nəsihətdən çox yaxşı nümünəyə ehtiyyacın var. Çünki böyüdüyün müddətcə mənim etdiyim hər şeyi ən doğru bilib, mənim kimi olmaq istəyəcəksən və beləcə xaralterin formalaşacaq. İndi bizi uzun bir yol gözləyir oğlum! Bəzən məndən nələrisə öyrənəcəksən, bəzən birlikdə öyrənəcəyik. Bəlkə də mənim də səndən öyrənəcəyim şeylər olacaq amma ilk olaraq sənə sevəyi öyrədəcəm. İnsanları sevməyi, valideynlərini, xalqını, VƏTƏNİNi sevməyi, sənə ailəni sevməyi öyrədəcəm. Ən əsası isə sevdiklərini qorumağı öyrədəcəm! Doğum günün mübarək, oğlum!"

Qeyd edək ki, Cəlal ikinci dəfə ata olmağa hazırlaşır.Big.az