Aktual / Xəbəriniz olsun!

Yunan adaları turizmə açıldı - Bu şərtlə getmək mümkündür

Banu. | 1-07-2020, 15:22
78 0
Yunanıstan adalarını ziyarətə açıq elan edib.
Pandemiya ilə mübarizə çərçivəsində elan edilən karantin tədbirlərini yumşaldan hökumət adalar istiqamətində təyyarə uçuşlarına icazə verib.
“Fraport” hava limanı operatoru Korfu, Santorini, Mikonos, Rodos və Krit kimi turistik adaları əhatə edən 14 regional hava limanına 100-dən çox uçuş salındığını açıqlayıb.
Hazırda Yunanıstanda bütün hava limanları beynəlxalq uçuşları qəbul edir. Patras və İqoumenista kimi əsas limanlar İtaliyadan gəmi səfərlərinə açılıb.
Adalara səfər etmək istəyənlər hansı ölkədən gəldiyi, son 15 gün ərzində getdiyi yerlərlə bağlı form dolduracaq və barkod alacaq.
Digər Avropa ölkələrinə nisbətən pandemiyadan daha az zərərlə çıxan Yunanıstan hökuməti iqtisadiyyatının dörddə-birini əhatə edən turizmi canlandırmaq üçün əlindən gələni edəcəyini bildirib.Publika.az