Aktual / Xəbəriniz olsun!

Bu şəhərdə sellofan torbalardan istifadəyə qadağa qoyuldu - Cəriməsi var

Banu. | 1-07-2020, 12:47
80 0
İndoneziyada sellofan torbalardan istifadə qadağan edilib.
Qadağa ölkənin paytaxtı Cakartanı əhatə edir.
Cakarta valiliyinin 31 dekabr 2019-cu ildə qəbul etdiyi qərara əsasən, ticarət mərkəzi, market və bazarlarda birdəfəlik istifadə üçün nəzərdə tutulmuş polietilen torbaların satışı qadağandır. Bundan sonra ölkədə parça və kağız materiallardan hazırlanmış torbaların istifadəsinə icazə veriləcək.
Qadağanı pozanlar 5 milyon rupi (350 dollar) ilə 25 milyon rupi (1755 dollar) arasında cərimə ödəməli olacaq. Satışı həyata keçirən müəssisələrin də lisenziyaları müəyyən sanksiyaya məruz qalacaq.
Daha əvvəl ölkənin Bali, Balikpapan və Bancarmasin kimi şəhərlərində polietilen torbalardan istifadə qadağan olunmuşdu.
Qeyd edək ki, İndoneziya dənizdə ən çox tullantısı olan ölkələr arasında Çindən sonra ikinci yerdə dayanır. 267 milyon əhalisi olan İndoneziyada 1 ildə 10 milyarda yaxın sellofan torbalardan istifadə olunur.Publika.az