Aktual / Xəbəriniz olsun!

İyul ayına Gürcüstandan Aİ ölkələrinə 14 aviauçuş təyin olunub

Banu. | 30-06-2020, 14:48
134 0
"İyul ayına Gürcüstandan Avropa İttifaqı (Aİ) ölkələri istiqamətində 14 uçuş planlaşdırılıb".
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
Nazir deyib ki, Gürcüstanın bütün aviauçuşları dayandırması barədə yayılan məlumatlar doğru deyil.
D.Zalkalianinin sözlərinə görə, Aİ-nin sərhədlərinin Gürcüstan üçün iyulun 1-dən açılacağı barədə rəsmi qərar bu gün və ya sabah elan olunmalıdır.Sonxeber.az