Aktual / Xəbəriniz olsun!

Sevda ona qoyulan qadağa haqda: "Deyir, mənimlə məsləhətsiz..." - FOTO

Banu. | 27-06-2020, 20:09
150 0
Müğənni Sevda Yahyayeva "MTV Azərbaycan" kanalında şəxsi həyatından danışıb.

Pandemiyaya görə toy mərasimi təxirə düşən Sevda Yahyayeva bu sözləri deyib:

"Toy mərasiminin nə vaxt baş tutacağını bilmirəm, vəziyyətdən asılıdır. Təki hər şey yaxşı olsun. Hər kəs qaynar həyatına qayıtsın. İndidən heç nə demək olmaz. Mənim üçün əsas xoşbəxtlikdir. Amma istəyərdim ki, gözəl toyum olsun. Toyum mediyaya açıq olacaq".

Müğənni nişanlısı Zakir Bayramovun ona qadağalarından da danışıb: "Heç bir qadağaya ehtiyac yoxdur. Həyatımı əvvəllər olduğu kimi yaşayıram. Amma bu hislər adama qəribə gəlir, nişanlı olmaq və s. Özümü çox xoşbəxt hiss edirəm. Qadağalar yoxdur, amma o, mənə deyir ki, nəyi necə etmək istəyəndə mənimlə məsləhət elə. Əlbəttə, mən də məsləhət edirəm. Ona görə hər şey qaydasındadır. Artıq tək qərar vermirəm".

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə nişanlanıb. O, Leyla Medical Center-də (keçmiş Leyla Şıxlinskaya Klinikası) genetik-laborant olaraq çalışır.Big.az