Aktual / Xəbəriniz olsun!

SON DƏQİQƏ: Bakıda tələbə qız intihar etdi

Banu. | 4-06-2020, 22:57
512 0
Bakıda intihar hadisəsi baş verib.
Azadqadin.az "Report"a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.