Aktual / Xəbəriniz olsun!

"Xəyanət varsa, sevgi ola bilməz" - Gülay

Banu. | 4-06-2020, 21:23
122 0
"Xəyanəti bağışlamaq olmaz. Xəyanət təkcə qadın və kişi münasibətlərində olmur. Qadınla kişini birləşdirən istəkdir, sevgidir. Onların arasında xəyanət varsa, nə istək, nə də sevgi ola bilər".
Bu sözləri müğənni Gülay Zeynallı "Ulduzun vaxtı" proqramında qonaq olarkən deyib. Sevgidən, xəyanətdən danışan sənətçi "Sənət üçün nəyi qurban verdin" sualına belə cavab verib:
"Hər kəs ailəsini qoruyur, orada bir övlad varsa lap çox... Analıq hissini yaşayan qadın xoşbəxtdir. Bir şeyə sənin həvəsin varsa, bu, qurban deyil. Qismətə inanıram. İnsanlar var ki, qismətə inanmır, bəd kimi bütün günü gözünün yaşını axıdır. Ölüm-itimə də qismət kimi baxıram.
Qısqanc insanam. Çox istədiklərimi paylaşa bilmirəm. Hətta rəfiqəmi də qısqanıram. Həyatda sevgi ilə yaşamaq lazımdır".
Gülay idmançı həyat yoldaşı Kamil Zeynallı ilə bağlı ünvanlanan suala isə belə reaksiya verib:
"İfaçıyam, mahnılar yazdırıram, zaman ayırıram, maddiyat, sağlamlığımı sərf edirəm. Mahnı yazdıranda səhərəyaxın evə gəlirəm. Sonra da həyəcan çəkirəm ki, görəsən, tutacaq? İstəyirəm çəkdiyim əziyyət qarşısında sənətdən danışsınlar.
Kamil də tanınmış insandır, məşqçidir. Onun da işi var. O da efirə gedəndə deyirəm, çalış, işindən sual versinlər. Hər şey yaxşıdır, yaxşı da olacaq".Axşam.az