Aktual / Xəbəriniz olsun!

"Sağlığında yalanlarının tək başıma cəlladı idim" – Flora

Banu. | 4-06-2020, 21:09
76 0
“Brilliant xanım, Sizin başınız heç də az çəkmədi İlhamə Quliyevadan. Siz nə birinci idiniz, nə də sonuncu”.

Bu sözləri xalq artisti Flora Kərimova yazıb. O, Brilliant Dadaşovanın “İlhamə deyirdi ki, Floranın heç vaxt övladı olmayıb” sözlərinə münasibət bildirib:

“İndi söz düşüb bəzilərinin dilinə -“sağlığında bir söz deyə bilmirdilər”. Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Bəzən nəzərdən qaçırırlar ki, görünmək olmaq demək deyil!

Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi savaşınızla qorumağı bacardınız”. Big.az