Aktual / Xəbəriniz olsun!

Nadir Qafarzadə: “Nə mənim, nə də həyat yoldaşımın biznesi var” - FOTO

Banu. | 31-05-2020, 10:32
216 0
“Üzə gülən, arxada isə iş çevirən insanlardan qorxuram. O insanların üzlərinə gülürəm ki, bu, qarşılıqlı olsun”.
Bunu məşhur müğənni Nadir Qafarzadə ATV telekanalında yayımlanan “Ən yaxşısı” axşam şousunda qonaq olarkən deyib
Sənətçi müğənnilikdən başqa heç bir biznesə sahib olmadığı bildirib:
“Karantin müddətində maliyyə baxımından çətinliklər çəkdim. Müğənnilikdən savayı biznesim yoxdur. Əlavə gəlir əldə etmək üçün hansısa iş qurmaq istəmirəm, çünki böyük riskdir. Son zamanlar nəyisə alanda görürsən ki, plana düşdü və ya aldığın şeyi qiymətindən qat-qat aşağı istəyirlər. Oğluma ev almışam, həyat yoldaşımın öz evi var.
Həyat yoldaşım heç bir biznesə sahib deyil. Olsaydı, açıq-aşkar deyərdik. Gizlətməyə bir şey yoxdur. Sevinc (həyat yoldaşı - red.) evdar xanımdır. Savadlıdır, amma iki övladımız dünyaya gələndən sonra söylədim ki, evdə otur, onlara bax. Yaxşı ki, zamanında belə qərar vermişəm. Uşaqlarımızın tərbiyəsi onun üçün hər şeydir”.
İnsanlar tərəfindən tez-tez aldadıldığını bildirən Nadir buna rəğmən, karantində dövründə insanlara yardım etdiyini dilə gətirib:Oxu.az