Aktual / Xəbəriniz olsun!

Türkiyədə koronavirusdan sağalanların sayı 126 min nəfəri ötüb

Banu. | 31-05-2020, 09:28
50 0
Türkiyədə son 24 saat ərzində daha 26 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 515 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 983 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 163 103 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1021 nəfər olmaqla 126 984 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 39 230 test aparılıb.Sonxeber.az