Aktual / Xəbəriniz olsun!

Təqaüdçünün pulunu oğurladı, sonra çantasını qaytardı, bunu yazdı...

Banu. | 9-06-2020, 15:30
630 0

Rusiyanın Çita şəhərində təqaüdçünü soyan şəxsin sonradan vicdanı oyanıb. O, yazıb 72 yaşlı qadından üzr istəyib.

24 yaşlı şəxs təqaüdçünü onun yaşadığı binanın girişində soyub. Qadının içində müəyyən məbləğdə pul olan çantasını, eyni zamanda, bank kartını, mobil telefonunu ələ keçirib. Dərhal hadisə yerindən uzaqlaşıb. Amma təqaüdçü işi belə qoymayıb. Polisə müraciət edib. Bundan bir az sonra binanın yaxınlığında təqaüdçünün çantası tapılıb. Soyğunçunun yalnız pulu götürdüyü, qalan şeyləri qaytardığı məlum olub. O, üstəlik, qadından hərəkətinə görə üzr istəyib. Amma bu, soyğunçuya kömək etməyib. Polis onu ələ keçirib.
Soyğunçuya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi ilə cinayət işi açılıb.Bizimyol.info